Sizin Reklam Burada

ABŞ yeni nəsil silahını Almaniyada yerləşdirəcək

ABŞ yeni nəsil silahını Almaniyada yerləşdirəcəkGələcəkdə Almaniyadakı ABŞ Ordusunun bu yaxınlarda yenidən yaradılmış 56-cı Artilleriya Komandanlığının sərəncamına hazırda yaradılan ən son Amerika silahlarının bir sıra nümunələri veriləcək.

Publika.az-ın xaricii KİV-lərə istinadla verdiyi məlumata görə, Soyuq Müharibə dövründə bu birləşmə ABŞ və SSRİ tərəfindən Orta və qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilənin imzalanmasından sonra istismardan çıxarılan MGM-31C Pershing II orta mənzilli nüvə raketlərinə cavabdeh idi.

ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı yeni silahlar, yeni texnoloji səviyyədə, təxminən Soyuq Müharibə dövrünün istismardan çıxarılan raketləri ilə eyni vəzifələri həll edəcək. Bu silahların arasında Dark Eagle adlandırılmış hipersəs Long-Range Hypersonic Weapon (LRHW) raketi, RIM-174 Standard Extended Range Active Missile (ERAM), Tomahawk Land Attack Missile (TLAM), Precision Strike Missile (PrSM) raketləri də daxil olmaqla, bir qurğudan müxtəlif raketləri buraxmağa imkan verən çoxfunksiyalı Typhon sistemi yer alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər