Sizin Reklam Burada

Millət vəkilindən Konstitusiya günü təbriki

Millət vəkilindən Konstitusiya günü təbrikiƏziz həmvətənlər!

Sizi Konstitusiya günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə müstəqil dövlətimizdə firavan yaşamağı arzu edirəm!

Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı, bunun üçün Ümummilli lider H.Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı.

1995-ci il noyabrın 12-də xalqımızın referendum yolu ilə qəbul etdiyi Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır.

Məlumat:

Konstitusiyanın əsas funksiyaları bunlardır:

1. Hüquqi funksiya - bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir.
2. Sosial funksiya- ailə, din kimi sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə, təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir.
3. Siyasi funksiya –siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir.
4. Tərbiyəvi funksiya - hər bir insanda, konstitusiya qanunlarına,insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.

Konstitusiyamızın tarixi:
1. 1921-ci ildə sovet Azərbaycanın ilk Konstitusiyası
2. 1925-ci ildə 2-ci konstitusiya
3. 1937-ci ildə qəbul edilən Konstitusiyada dövlət dilinin də rus dili olduğu təsbitlənmişdi.
4.1978-ci ildə - Heydər Əliyevin səyləri ilə həmin Konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəası əksini tapmışdir.

Sadiq Qurbanov
Millət vəkili

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər