Sizin Reklam Burada

General-mayor vəzifəsindən niyə azad edilib?

General-mayor vəzifəsindən niyə azad edilib?Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbini açıqlanıb.

Avrasiya.net xəbər verir ki, Dövlət Xidmətindən Report-a onun həqiqi hərbi xidmətdən səhhəti ilə əlaqədar ehtiyata buraxıldığı bildirilib.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər