Sizin Reklam Burada

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı - FOTOLAR

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı - FOTOLARAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və “Bakcell” mobil rabitə şirkəti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Avrasiya.net xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, Respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir.

Bu ilin aprel ayından etibarən, “Bakcell” doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə sim-kartlar hədiyyə edərək, onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Sim-kartların işğaldan azad edilmiş ərazilərə qayıtmış və qayıdacaq ailələrin razılığı ilə hər birinə təqdim olunması nəzərdə tutulur.

Bildiririk ki, ilkin mərhələdə Füzuli şəhərinə və Laçın rayonunun Zabux kəndinə köçürülmüş, o cümlədən daha əvvəl doğma yurda qayıdan 1100-dən çox ailəyə ödənişsiz nömrələrin paylanması prosesi həyata keçirilib və davam etdirilir. İlkin olaraq hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunmuşdur. Sonradan bu sim-kartların sayının həmin ailələrin istəyi ilə (5 ədəd nömrəyədək) artırılması planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər