İran danışıq aparmaq istəyir - TrampQalib gələcəyim təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirəcəyəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşündə deyib.

“İran da, Venesuela da danışıqlar aparmaq istəyir. Hamı danışıq aparmaq istəyir. Amma mən seçkilərin bitməsini gözləyirəm. Bir il əvvəl demişdim: Sizin seçiminiz var, biz ya indi, ya da seçkidən sonra danışıq apara bilərik. Amma seçkidən sonra daha sərt razılaşma olacaq”, - Tramp bildirib.
"Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilibBu gün Siyəzən, Qəbələ və Gəncə şəhərlərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial səhifəsində məlumat paylaşan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin fəaliyyəti haqqında maraqlı məruzələr dinlənilib:

"Məruzələrdə qeyd olundu ki, ulu öndərin adını daşıyan bu mərkəzlər gənclərin, yerli əhalinin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir. Eyni zamanda dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi siyasətinin tədqiq və təbliği Heydər Əliyev mərkəzlərinin əsas vəzifəsidir".
"Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib
"Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib
Yeganə dövlətik ki, Ermənistanı tanımırıq – SəfirPakistanın dünyada yeganə dövlətdir ki, Ermənistanı bir dövlət kimi tanımır.

Axar.az xəbər verir ki, bu sözləri Pakistanın yeni təyin olunmuş səfiri Bilal Hayee Pakistanın erməni qüvvələrinin də iştirak etdiyi hərbi təlimlərdə iştirakini şərh edərkən deyib.

Onun sözlərinə görə, Pakistanın bu təlimlərdə iştirakı dəvət əsasında baş tutub:

"Pakistan bu təlimdə olması Ermənistanın iştirakına görə deyil. Bunu Rusiya ilə Pakistan arasında mövcud olan yaxşı münasibətlərlə izah etmək olar.

Azərbaycan bizim qardaşımızdır və biz Azərbaycanın maraqlarına zidd ola biləcək hər hansı bir addıma getmərik. Pakistanın bu hərbi təlimlərdə iştirakı olduqca normal bir haldır”.
Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin beşinci onlayn ictimai müzakirəsi keçirilib. Sumqayıt sakinlərinin, millət vəkilinin, dövlət qurumlarının vəzifəli şəxslərinin, idarə təmsilçilərinin, təşkilat əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub.Diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.
Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR
Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında iştirakından, atdığı addımlardan və üçüncü sektor təmsilçilərinə dəstəyindən ətraflı məlumat verib.

Sumqayıtdan olan millət vəkili Müşfiq Məmmədli müzakirə iştirakçılarını salamladıqdan sonra mövzunun aktuallığından danışıb.Parlament üzvü sosial şəbəkələrdə dərc olunan, gündəmə gətirilən bəzi məlumatların vətəndaşlarımızı yanlış istiqamətə yönləndirməsinə təəssüf hissini bildirib.Pandemiya dövründə sosial şəbəkələrin rolunun yüksək olduğunu diqqətə çatdıran millət vəkili bu seqmentdə müəyyən fikir formalaşdırma əməliyyatlarının getdiyini, bəzi hallarda isə həmin cəhdlərin yanlış istiqamətdə cərəyan etdiyini, nəticədə də cəmiyyətin müəyyən üzvlərində qeyri-müəyyənliyin yarandığını nəzərə çatdırıb.Onun sözlərinə görə, hazırda hər bir şəxs asanlıqla sosial şəbəkələrdəki məlumatları izləyə bilir, xəbərdar olurlar.Parlament üzvü bildirib ki, qərəzli məlumatlar yetərincədir.Bu da öz növbəsində cəmiyyətdə çaşqınlığa, müəyyən problemlərə səbəb olur.
Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev də mövzunun önəminə diqqət yetirərək hesab edib ki, dövlətin və millətin mövcudluğu üçün zəruri, əsas məsələlər – təhlükəsizlik və milli maraqlardır.Təhlükəsizlik amili olmadan milli maraqlardan danışmaq səmimi olmazdı.Beynəlxalq məsələlərə toxunan baş məsləhətçı carı ilin həm sosial şəbəkələrdə, həm də digər məkanlarda yanlış xəbərlərin, “fake news” adlanan xəbərlərin geniş yayıldığı il kimi yadda qaldığını nəzərə çatdırıb.Bu müddətdə Azərbaycanda da belə nümunələrə rast gəlindiyini vurğulayan E.Qocayev əsasən pandemiya dövründə saxta xəbərlərin sayının çoxluğunun məyusluq yaratdığını önə çəkib.Natiq bu cür neqativ halların baş verməməsi üçün sosial şəbəkə istifadəçilərini, vətəndaşlarımızı diqqətli olmağa çağırıb.
Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Məmmədov da müzakirə olunan mövzu ilə bağlı ətraflı məlumat verərək, əsasən müharibə şəraitində informasiya savaşının vacibliyinə toxunub.O,qeyd edib ki, hazırda bu proses daha çox sosial şəbəkələr üzərindən aparılır.Qonaq vurğulayıb ki, vətəndaş cəmiyyətinin hər bir üzvünün sosial şəbəkələrdən yüksək səviyyədə istifadə etməsi məsələsi aktuallıq kəsib edir, yalan və şantaj, həmçinin təxribat xarakterli xəbərlərin qarşısının alınmasını şərtləndirir.

Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.80-dən çox onlayn müzakirə iştirakçısı ekspertlərə suallar ünvanlayıb, vacib saydıqları məqamları gündəmə gətiriblər.
Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR
Layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə önəm verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və onlayn müzakirələrin sonunda xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldüAzərbaycanda koronavirus infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 39 5787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37393 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.

Ölkədə son sutka ərzində 6705, hazırkı dövrədək isə 10887578 test aparılıb.







 40 erməni “Qazprom”un işçilərini və polisləri döydüErmənistan Geqarkunik vilayətinin Sovaqyux kəndinin 40-a yaxın sakini "Qazprom Armenia" şirkətinin işçilərini döyüblər.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, hadisəyə səbəb “Qazprom” nümayəndələrinin kənddə illərdir qaz oğurluğunun baş verməsindən xəbər tutması olub.

Hadisə yerinə cəlb edilən polislər də döyülənlər sırasında yer alıblar. Qavar və Sevan rayon polis şöbələrinin rəisləri müxtəlif bədən xəsarətləri alıblar.

“Qazprom Armenia” nümayəndələrinin xidməti maşını isə daşqalaq edilib. Faktla əlaqədar Geqarkunik prokurorluğunda araşdırma aparılır.
Daha 13 şagird koronaya yoluxduTəhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Avrasiya.net-ə bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Polis rəisi qisas məqsədilə qətlə yetirilib Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.

İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.

Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib.
Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildildiMillət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə, Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub.