Sizin Reklam Burada

İş adamını arvadı öldürübmüş - Etiraf etdi

İş adamını arvadı öldürübmüş - Etiraf etdiBakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, hadisə 2019-cu iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Rəna Sofiyeva həyat yoldaşı Araz Sofiyevin evə basqın edən quldurlar tərəfindən bıçaqlanaraq öldürüldüyünü, özünün isə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb.

Aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.

Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayətin qurbanı - Araz Sofiyev müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də çalışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər