25 sen 09:36siyaset

Millət vəkili Bosniya Parlamentinə məktub göndərib

Millət vəkili Bosniya Parlamentinə məktub göndəribAzərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev tərəfindən Bosniya Parlamentinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki son qanunsuz hərəkətlərinə, eləcə də alovlandırıcı ritorikasına diqqət yönəltmək üçün məktub ünvanlanıb.

İlk növbədə məktubda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəs çağırışına dəstəyini genişləndirdiyi bir vaxtda Ermənistan tərəfinin yenidən təxribata əl ataraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan Ordusunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi təcavüz aktı öz əksini tapmışdır.

Həmçinin Ermənistanın son dərəcə təxribat xarakterli bəyanatlarının davam etdiyi, Azərbaycanın ikinci ən böyük yaşayış məntəqəsi olan Gəncə şəhərinə və Mingəçevir su elektrik stansiyası kimi strateji mülki infrastruktura zərbə vurmaqla bağlı hədə xarakerli son açıqlamaları da qeyd olunmuşdur.

Eyni zamanda millət vəkili Ermənistanın Dağlıq Qarabağda son 30 ildə tətbiq etdiyi demoqrafik siyasəti qeyd edərək, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma etməklə yaxın zamanda Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilməsini və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını da xüsusi vurğulamışdır.

Son olaraq məktubda M.Əfəndiyev həmkarlarını Ermənistanı təxribatçı və militarist siyasətindən çəkinməyə inandırmağa, işğal olunmuş ərazilərimizin fiziki, mədəni və demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş fəaliyyətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinə qeyd-şərtsiz əməl olunaraq təxribatçı Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasına əməli töhfə verməyə səslədi.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.