Kral xəstəxanaya düşdü
Dərc olunub:
25-09-2020, 13:56
Norveç kralı V Harold xəstəxanaya düşdü. Modern.az kral sarayına istinadən xəbər verir ki, onun səhhətində problem yaranıb.
“Bu gün səhər saatlarında kral V Harold Rikşospitalet xəstəxanasına aparılıb. Kral xəstəliyi ilə bağlı məzuniyyətdədir”-deyə rəsmi açıqlamada deyilir.
83 yaşlı Norveç kralı Harold 1991-ci ildə taxta çıxıb.