UEFA Super Kubokunun sahibi bəlli oldu
Dərc olunub:
25-09-2020, 02:15
Bu gün UEFA Super Kubokunun oyunu keçirilib.
Avrasiya.net xəbər verir ki, Budapeştdəki "Ferents Puşkaş" stadionunda Çempionlar Liqasının qalibi Almaniyanın “Bavariya” klubu ilə Avropa Liqasının son sahibi İspaniyanın “Sevilya” klubu qarşılaşıb.
Oyun “Bavariya” 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 13-cü dəqiqədə “Sevilya”nın oyunçusu Lukas Okampos açsa da, “Bavariya” Qoretska (34) və Xavi Martinesin (104) qolları ilə önə keçməyi bacarıb.
Bununla da “Bavariya” tarixində ikinci dəfə Super Kuboka sahib olub.