Sizin Reklam Burada

Hindistan-Çin sərhəd problemi

Hindistan-Çin sərhəd problemiHindistan-Çin sərhəd probleminin həll olunması məqsədilə 21 sentybarda Moldoda Hindistan və Çin Baş Komandirlərinin 6-ci görüşü keçirilib.

Bu görüş, Hindistan və Çinin Müdafiə nazirlərinin 4 sentyabrda Moskvada baş tutan görüşünün və iki ölkənin Xarici İşlər nazirlərinin 10 sentyabrda keçirilən görüşünün fonunda baş verib. Hər iki ölkənin Xarici İşlər naziri tərəflərin dialoqu davam etdirmələri və bütün toqquşma sahələrində sürətli və hərtərəfli şəkildə geri çəkilmələri barədə razılığa gəlib.

Baş Komandirlər təxminən 50 gün sonra bir araya gəlib.

Görüşdən sonra tərəflər Baş Komandirlərin hər hansı görüşündən sonra ilk dəfə olaraq ortaq mətbuat buraxılışı yayımlayıb. Buraxılış hər iki tərəfin faktiki nəzarət xətti boyunca geri çəkilmə öhdəliyini əks etdirir. Geri çəkilmə hər iki tərəfin faktiki nəzarət xəttinin müvafiq tərəflərindəki daimi postlarına doğru qoşunların geri çəkilməsini zəruri edən mürəkkəb bir prosesdir. Bunun üçün qarşılıqlı razılaşdırılmış və qarşılıqlı tədbirlər tələb olunur. Hər iki tərəf bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək istiqamətində çalışsa da, eyni zamanda sabitliyi təmin etmək də zəruridir. Komandirlərin son görüşü ümumilikdə bu kontekstdə dəyərləndirilməlidir.

6-cı görüş Baş Komandirlərə faktiki nəzarət xətti ətrafında vəziyyəti sabitləşdirmək istiqamətində səmimi və dərin fikir mübadiləsi aparmaq imkanı yaradıb. Tərəflər həmçinin, hər hansı fikir ayrılığı və yanlış mühakiməyə yol verməmək, cəbhə bölgəsinə daha çox qüvvə göndərməyi dayandırmaq, vəziyyəti birtərəfli dəyişdirməkdən çəkinmək və problemi mürəkkəbləşdirə biləcək hərəkətlərdən yayınmaq məqsədilə faktiki rabitəni gücləndirmək barədə qərara gəlib.

Tərəflərin bütün toqquşma sahələrindən tamamilə geri çəkilmək və sərhəd bölgələrində sülh və əmin-amanlığın tam bərpasına nail olmaq istiqamətində müzakirələrini davam etdirdiyi zaman atılacaq addım, status-kvonu birtərəfli şəkildə dəyişdirmək cəhdlərindən yayınmaqdır.

Bununla əlaqədar olaraq hər iki tərəf, baş komandirlərin növbəti görüşün ən qısa zamanda keçirilməsinə qərar verib. Buna paralel olaraq Hindistan-Çin Sərhəd Problemi üzrə Məşvərət və Koordinasiya İşçi Mexanizminin növbəti iclasının da tezliklə baş tutacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər