Bir qrup laçınlı ziyalı ictimaiyyətə müraciət etdi“Laçında hamı bir-birini özü qədər çox yaxşı tanıyır. Biz Laçın ziyalıları son zamanlar sosial şəbəkələrdə rayon ziyalılarının, eləcə də rayonumuzun ayrı-ayrı vəzifəli şəxsləri barəsində haqqa-ədalətə sığmayan şər-böhtan, daha dəqiq desək təhqir kampaniyasına dözə bilməyərək, gerçəkliyi ictimaiyyətə çatdırmağı özümüzə borc bildik”.

Versus.Az xəbər verir ki, bu fikirlər bir qrup Laçın rayon ziyalılarının ictimaiyyətə müraciətində bildirilib.

Müraciətdə qeyd edilir ki laçınlıların illərdir tanıdığı Elbrus Məmmədovun, onun oğlu Səxavət Məmmədovun sosial şəbəkələrdəki təhqirli, şər-bötanlı çıxışları rayon ictimaiyyəti arasında ciddi narazılıqla qarşılanır.

Laçınlı ziyalılar müraciətlərində Elbrus Məmmədovun vaxtilə Laçının Qarakeçdi kənd 2 saylı orta məktəbində direktor işləyərkən öz qulluq mənafeyindən istifadə etməsindən bəhs edərək, dövlət əmlakını taladığına görə 06.05.2002-ci il tarixdə Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, təkrar törədildikdə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyini vurğulayıblar.

Ziyalılar müraciətlərində bildiriblər ki, belə bir adam son 10 ildə rayona rəhbərlik edən icra başçılarının dövründə əlavə imkanlara sahib olmaq üçün heç cür məqbul hesab edilməyən iddialarını həyata keçirməyə çalışırlar.

Müraciətdə deyilir:

“Elbrus Məmmədov 1970-ci illərdən bu günədək dövri olaraq rayonda yersiz, əsassız şikayətlərlə məşğul olan şəxs kimi tanınır, demək olar ki, o, hər il ayrı-ayrı vaxtlarda müəyyən məsələlər ətrafında öz şəxsi məqsədlərinə nail olmaq üçün heç bir fakta əsaslanmadan yalan, böhtan və iftira dolu şikayətlər yazır, öz vərdişkar hərəkətlərindən əl çəkmir. Hamımız yaxşı bilirik ki, Elbrus Məmmədov oğlu Səxavət Məmmədovun əvvəllər müvəqqəti icra etdiyi 37 nömrəli Laçın tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmasını bərpa etməyə çalışır. Hamımız yaxşı bilirik ki, Səxavət Məmmədov direktorların işə qəbulu müsabiqəsindən keçə bilmədiyi halda dolayı yollarla rayonda görülən müsbət işlərə kölgə salmaq, yaradılmış sağlam atmosferi çirkləndirmək məqsdi güdür. Səxavət Məmmədov boğazacan zibil içində olduğu halda rayonumuzun ziyaıları və rəhbər vəzifəli şəxsləri haqqında açıq təhqirlərdən, yalanlar və şayiələr söyləməkdən belə çəkinmir. Bizlər buna reaksiya verməyə bilməzdik. Hansı ki, Səxavət Məmmədov 37 saylı məktəbdə direktor vəzifəsini icra etdiyi dövrdə yol verdiyi ciddi nöqsanlara görə Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, təkrar törədildikdə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;),179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək ona xeyli məbləğində cərimə cəzası təyin edilmişdir”.

Müraciətdə qeyd edilir ki, Elbrus və Səxavət Məmmədovların Laçın ziyalıları adından öz şəxsi mənafeləri üçün şər-böhtan dolu çıxışları müqəddəs müəllim adına ləkə olmaqla ziyalıların adına töhmət gətirir.

Daha sonra müraciətdə vurğulanır:

“Onlara Laçın ziyalıları adından danışmağa heç kim haqq verməmişdir. Bir neçə qeyri-sağlam müxalifət yönümlü saytlara milli mentalitetimizə yaraşmayan məlumatlar ötürənlərə və bu gün də hüquq mühafizə orqanları tərəfindən haqqına olaraq həbs edilmiş Əfqan Sadıqlı kimilərinə əsassız məlumatlar verənlərə aramızda yer olmamalıdır.

Biz ziyalılar hər kəsi düz yola, düz səmtə səsləyir, hamılıqla dövlətimizə, xalqımıza bağlanır, ölkəmizin inkişafı üçün əzmlə çalşırıq.

Buradan bir daha həmin qəbildən olan, şantaj, yalan, böhtan, təhqir kampaniyasını özlərinə sənət yolu seçənlərə səslənirik ki, nə qədər gec deyil haqqın yoluna qayıdın! Yoxsa, aramızda sizin kimilərə yer olmayacaq. “Yalan ayaq tutar amma yeriməz”, “Oğru elə bağırdı doğrunun bağrı yarıldı” kimi xalq deyimləri əsrlər boyu öz hikmətini saxladığı kimi bu gün də hikmətini saxlayır. Hesab edirik ki, belə adamlar vicdan naminə ziyalı qınağından nəticə çıxaracaqlar”.
Koronavirusa yoluxanların sayı yenidən artdı - daha 2 nəfər öldüSon sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5153, ötən müddət ərzində isə ümumilikdə 836 908 test aparılıb.





“Sorosun küçükləri”, yaxud simasızlığa qafiyə tutanlarQəribə mənəzərə yaranıb ölkədə... Ölkənin ictimai-siyasi ab-havasını zəhərləyən, cəmiyyəti qütblərə parçalamaq üçün gecə-gündüz vurnuxan, söyüşü, təhqiri, böhtanı siyasi mübarizənin əsas elementinə çevirmək üçün dəridən-qabıqdan çıxan, Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edən, dövlətçilik ənənələrimizə, dəyərlərimizə, milli mədəniyyətimizə, varlığımıza qarşı savaş açan vətən xainlərinin önünə sözdən sipər çəkən bir ovuc insan “ortada yeyib kənarda gəzən”, “harda aş olsa orda baş olan”, yalnız özlərini qorumaq üçün SUSAN (süsən)-sünbül ziyalılarının da hədəfinə tuş gəliblər. Kluarlarda tez-tez qulaq şahidi oluram dediklərinə: “Gördün filankəsi necə söydülər”, yaxud “Yaxşı dərsini verdilər” deyib xosunlaşır, daha “kreativ” söyüş və təhqirlər tapmaq üçün bir-biri ilə yarışa girir, simasızlıqlarına qafiyə tuturlar.

Üzdə hər şeydən danışırlar – Vətəndən, millətdən, Turandan... Tanrı dağlarından vurub Savalandan çıxırlar, amma bircə dəfə də olsun əlahəzrət mətləbdən – Azərbaycan dövlətini, xalqını, birliyimizi, bütövlüyümüzü, milli kimliyimizi hədəfə alan, Vətənimizi paramparça etmək istəyən çeşidli qütblərin maraq ovçularından, sapı özümüzüdən və özgələrdən olan “balta”lardan söz açmırlar, konkret mövqe sərgiləmirlər, sərgiləyənləri də məsxərəyə qoyurlar...

Pah, bunlar milli dəyərlərin daşıyıcısı, təbliğatçılarıdır... Böyük amallar uğrunda mücadilə aparırlar. Bunların Vətən, Millət anlayışlarının sərhədləri çox genişdir, xırda-xuruş məsələlərə baş qoşmaq istəmirlər, “reputasiya”larını, adlarını, “yüksək” mövqelərini qoruyurlar... Birdən Azərbaycana qarşı savaş açan şərəfsizlər cameəsi mənsublarının, “Sorosun küçükləri”nin, saatlarının əqrəbləri şimallı-cənublu bədxahlarımızın qol, divar, yaxud Qum saatlarının əqrəbləri ilə sinxron hərəkət edən vətənsizlərin qınağına tuş gələrlər, urvatdan, hörmətdən düşərlər, üzərilərindəki saxta ziyalı zirehlərinin pulcuqları tökülər...

...Son bir neçə ayda əqidəsi, mövqeyi, siması bütöv və bir olan nə qədər dəyərli insanımız heç bir əsas olmadan, sadəcə ölkəmizin maraqlarını müdafiə etdikləri, konkret mövqe sərgilədikləri üçün linç edilib? Nə qədər üzü də əqidəsi, mövqeyi kimi bir olan həmvətənimiz, soydaşımız, həmkarımız təhrif edilən, kontekstdən çıxarılan fikirlərinə görə ən alçaq, ən iyrənc təhqirlərə məruz qalıb? Özünüz yazmırsınız, danışmırsınız, cəhənnəm, heç olmasa yazanları, danışanları bircə kəlmə sözlə müdəfiə edin!
Müharibədə ön və arxa cəbhə olur. İndi ön cəbhədə ola bilmirsiniz, başa düşdük, buna zadınız, yəni cəsarətiniz çatmır.

Heç olmasa arxa cəbhədə nə isə eləməyə çalışın. Məsələn, elə bil ön cəbhədə savaşanlar üçün “mətbəxdə yemək hazırlayırsınız”, yaxud “kartof-soğan soyursunuz”... Kəsəsi, heç olmasa “mən də burdayam” deyib varlığınıza bir işarə edin ki, “yerinizi-yurdunuzu” bilək!

Vətənsevərliyin, milli ideya, düşüncə sahibi olmağın ünvanı daldalandığınız, kölgələndiyiniz yerlərdə deyil, göz önündə, söz önündədir. Bu qədər bəsit...

P.S. Adını nə qoyursan qoy, xarakterin, ətrafında baş verən hadisələrə açıq və birmənalı münasibətin yoxdursa, deməli həqiqəti edam kötüyünə ötürənlərin sırasındasan...

P.P.S. Hamı üçün yaxşı olmağa çalışan, sağın yanında sağdan, solun yanında soldan vuran və həqiqət udan "qara dəlik" olduqları halda "qızıl orta" kimi görünməyə çalışanlar dünyanın ən təhlükəli adamlarıdır...

Tərəflər arasında var-gəl etməklə cəmiyyətdə üstün mövqeyə yiyələnməyə çalışanlar, mənafe vasitəçiləri də həmçinin...

Elçin Mirzəbəyli
İran silah alışı və satışına hazırlaşırEmbarqo ləğv ediləndən sonra İran təkcə silah almayacaq, həm də ixrac edəcək.

Axar.az xəbər verir ki, bunu İran Müdafiə naziri Əmir Hatəmi deyib.

“İranın müdafiə sənayesi ölkənin strateji dərinliyidir. İranın elmi-texnoloji potensialı ölkənin müdafiə sənayesinin inkişafında vacib həlqədir. Sanksiyalar heç bir məhdudiyyət yaratmadı. Ölkə müdafiə sənayesində bütün uğurlara çatıb”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın İrana silah qadağasının müddətinin uzadılması barədə layihəsi BMT TŞ-də qəbul edilməyib. İrana silah qadağası 18 oktyabrda başa çatacaq.
Prezident sərhədçilərə fəxri adlar və ali hərbi rütbələr verdi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilsin:

Əməkdar həkim”

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədov
general-mayor Firuz Böyükağa oğlu Şirin-zadə
general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmov
polkovnik Müzəffər Ələsgər oğlu Pirizadə.
Lukaşenko: “Heç vaxt təkrar seçki görməyəcəksiniz!”Aleksandr Lukaşenko Belarusda prezident seçkilərinin təkrar keçirilməyəcəyini söyləyib.

Belarus KİV xəbər verir ki, o, bu barədə zavod işçiləri qarşısında çıxışı zamanı deyib.

“Heç vaxt məndən təzyiq altında təkrar seçkiyə getməyimi görməyəcəksiniz”.

O, təkrar seçkilərə görə ölkə iqtisadiyyatının ciddi zərər görə biləcəyindən də danışıb.
Komitə sədrinin müavini vəzifədən AZAD EDİLDİFaiq Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Faiq Quliyev Azərbaycanın Gürcüstandakı yeni səfiri təyin edilib.

Xatırladaq ki, Faiq Quliyev 2015-ci ilin martında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin olunmuşdu.

O, daha əvvəl “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.
Putin Batyanı devirmək istəyirmi? - Deputat açıqladı9 avqustda Belarusda keçirilən prezident seçkilərinin nəticələrini elan edən Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80.1% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S.Tixanovskayanın isə 10.12% səs topladığı açıqlanıb.

Lakin seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar davam edir. İndiyədək 7 000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Seçkidə Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.

Avrasiya.net xəbər verir ki, Belarusda seçkiləri müşahidə edən Milli Məclisin üzvü, deputat Arzu Nağıyev Musavat.com-ın mövzu ilə əlaqədar suallarını cavablandırıb:

- Arzu bəy, Belarusda prezident seçkilərini müşahidə etdiniz. Konkret harada müşahidələr apardınız? Sizin müşahidələr nə deyir, Aleksandr Lukaşenkonun adının qarşısına yazılan faizlər ədalətli nəticədirmi?

- Belarusda prezident seçkilərini müşahidə missiyasında mən və Milli Məclisin digər 3 üzvü, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi, eyni zamanda Azərbaycanın MDB Parlamentlərarası Assambleyadakı nümayəndəsi var idik. Biz həm MDB İcraiyyə Komitəsini, həm də MDB Parlament Assambleyasını təmsil edirdik. Konkret olaraq mən Minsk şəhərinin ən iri sənaye rayonu olan Partizansk rayonunda həm seçkidən öncə, həm də seçki günü müşahidələr apardım. Belarusda seçki iki mərhələdə keçirilir. Səsvermə 5 gün əvvəlcədən başlayır, bir də seçki günü, əsas gün, yəni 9 avqustda səs verilir. Partizansk rayonunda iri sənaye obyektləri, zavodlar, fabriklər, ali təhsil ocaqları və s. yerləşir. Birmənalı şəkildə deyə bilərəm ki, bu rayonda cənab Lukaşenko liderlik edirdi. Çünki rayon sakinləri işlə təmin edilib, sosial məsələlər həllini tapıb, zavod və fabriklər öz məhsullarını həm daxili, həm də xarici bazara şıxara bilirlər, bu da ki, çox vacib elementdir. Qeyd etməliyəm ki, Partizansk rayonunda cənab Lukaşenkonun səs faizləri həqiqətə uyğun idi.

- Elə isə seçkilərdən sonra xalqın küçəyə axışması nəyin göstəricisidir, burada xarici amil rol oynayıb, yoxsa sadəcə total seçki saxtakarlıqlarına etirazdan söhbət gedə bilər?

- Total seçki saxtakarlığından söhbət gedə bilməz. Çünki hətta vətəndaşların özü tərəfindən aparılan müşahidə və statistik göstəricilər ekzitpolla müqayisədə o qədər də fərqli deyildi. Həmin nümayəndələrlə də görüşlərimiz oldu və əsas problemin siyasi olduğu nəzərə çarpırdı. Yəni iqtisadi tənəzzüldən və ya problemlərdən söhbət açılmırdı, əsas məsələ siyasi problemlərlə bağlı idi. Hiss edilirdi ki, xarici polittexnoloqlar öz işlərini görürdü. Təsəvvür edin ki, seçkinin bitməsinə 10-15 dəqiqə qalanda məntəqəyə 30-40 seçici gəlir və bir nəfər seçki kabinəsinə daxil olur, 10 dəqiqə ərzində çıxmır, süni sıxlıq yaradılır, narazılıq edənlərin və avtomobillərdən siqnallar verənlərin avtomobilləri isə şəxsi deyildi, icarəyə götürülənlər idi. Yəni düşünülmüş məsələlər nəzərə çarpırdı. Küçələrə çıxan kontingentə gələndə isə bunlar heç də həssas və çətin durumda olanlar deyildi. Əsasən Polşada, Litva və digər xarici dövlətlərdə təhsil alan tələbələr, xarici şirkətlərdə işləyənlər, Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olanlar və bu və ya digər səbəbdən iş yerlərini itirən iş adamları çoxluq təşkil edirdi.

- Lukaşenkonun xanım rəqibi Svetlana Tixanovskayanın ölkədən çıxarılması əməliy
yatını necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, əsas rəqib kimi göstərilən Svetlana Tixanovskaya səslərin 10 faizini toplayıb. Heç vaxt siyasətlə məşğul olmayan və həyat yoldaşının azadlığa çıxması üçün bu seçkiyə qoşulan şəxs üçün çox mühüm bir qələbədir, yəni səslər bunu deyir. Seçkilərdən sonra Litvaya getməsi və verdiyi bəyanatdan da məlum olur ki, həqiqətən onun həyatına təhlükə olub. Lakin kim tərəfindən? Əgər Belarus hakimiyyəti ona ölkədən çıxmağa şərait yaradaraq, təhlükəsizliyini təmin etdisə, deməli, bu təhlükə əks tərəfdən də ola bilərdi və bunu da iqtidarın üzərinə qoya bilərdilər. Məhz buna görə də belə bir əməliyyat baş tutdu.

- Həbs edilən və öldürülən etirazçılarla bağlı sizdə məlumatlar nədən ibarətdir?


- Bu barədə ancaq kütləvi informasiya vasitələrindən məlumatlıyam. Belarus Daxili İşlər naziri Yuri Karayev etiraz mitinqlərinin yatırılması və həbslər vaxtı güc strukturlarının əməkdaşları tərəfindən təsadüfən xəsarət yetirilən, zədə alan vətəndaşlardan üzr istədi, məsuliyyəti öz üzərinə götürdü və bu şəxslərin də “rəngli inqilablar”da istifadəsini qeyd etdi. Bu hadisələr təbii ki, araşdırılmalıdır və hüquqi qiymətlər verilməlidir.

- Necə bilirsiniz, Putin Batyanı devirmək istəyir, ya onu xilas məqsədilə Belarusla hansısa oyun qurub? Bu arada rusiyalı hərbçilərin Belarusda həbsi də maraqlı detal idi.


- Zənnimcə, belə deyil. Çünki Belarus həm coğrafi, həm də geosiyasi yerinə görə həm Rusiya, həm də Qərb üçün çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, güclü bir liderin olması da buna mane olan amildir. Eyni zamanda Lukaşenkonun son vaxtlar apardığı müstəqil daxili və xarici siyasət də çoxlarına xoş gəlmir. Bütün məsələlər də məhz bundan qaynaqlanır.

- Beynəlxalq aləm, Qərb dövlətləri və təsisatları Lukaşenkonun legitimliyini tanımadı. Belə olan halda gedişat necə olacaq, sizcə? Küncə sıxışdırılmış Belarus sonda Rusiya ilə məcburən birləşə, SSRİ-nin dirildilməsi əməliyyatında yer ala bilərmi?


- Belarus birinci və axırıncı dövlət deyil ki, Qərb onun nəticələrini tanımasın. Zənnimcə, MDB məkanı tam şəkildə nəticələri tanıyacaq. Bundan başqa, Belarusun tərəfdaşları olan dövlətlər də az deyil. Yəni bu dövləti hazırki potensialı ilə siz dediyiniz kimi “küncə sıxmaq” mümkün olmayacaq. SSRİ-nin bərpası məsələsinə gəldikdə isə Belarus bu qədər gərginliklə müstəqilik əldə edibsə, onun hansı dövlətləsə birləşməsi inandırıcı deyil
Məscidlərin fəaliyyəti nə zaman bərpa olunacaq? - İlahiyyatçı alim açıqladıBu gün dövlətimiz tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Çünki hələ də pandemiya təhlükəsi aradan qalxmayıb. Bu reallığı nəzərə alaraq hazırda ölkəmizdə insanların kütləvi yerdə toplaşmasına müəyyən qadağalar tətbiq edilir. Eyni zamanda məscidlərdə toplaşmaq və kütləvi dini mərasimlərin keçirilməsinə də müəyyən məhdudiyyətlər mövcuddur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, qarşıdan müsəlman dünyasında xüsusi önəm verilən ənənəvi mərasimlərdən biri olan Məhərəmmlik ayı gəlir:

“Hər il milyonlarla müsəlman bir araya toplanaraq, məhərrəməliklə bağlı mərasimləri qeyd edir. Ölkəmizdə də Məhərrəmlik hər zaman dini qaydalar və kütləvi dini mərasimlərin keçirilməsi ilə qeyd olunur. Amma bu gün pandemiyanın yaratdığı reallıqdan irəli gələrək ölkəmizdə iri ticarət mərkəzləri, kütləvi iaşə obyektləri, məscidlərin fəaliyyətinə müəyyən məhdudiyyətlər var. Bu məhdudiyyətlər dünyada və ölkəmizdə virusun yayılmasının qarşısın almaq üçün tətbiq edilib. Çünki bu xəstəlik daha çox insanların sıx olduğu yerlərdə yayılır. Müşahidələrdə göstərdi ki, müəyyən yumşalmalar tətbiq edildikdən sonra kütəvilik səbəbindən virusa yoluxanların sayı artdı”.

Deputat vurğulayıb ki, ona görə də hazırkı dövrdə hər bir vətəndaşımız bu məsələyə ciddi əməl etməli və mümkün qədər kütləvi tədbirlərin keçirilməməsi təmin olunmalıdır.

İlahiyyatçı alim bu il Məhərrəmlik ayı və məscidlərin fəaliyyəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti nəticəsində müəyyən forma və qaydaların müəyyənləşdiyini bildirib.

Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi din xadimləri ilə bir neçə görüş təşkil edərək öz müvafiq tövsiyələrini çatdırıb.

Fəlsəfə doktoru vurğulayıb ki, dinimizin özündə də insanların sağlamlığına xüsusi önəm verilir: "Hər bir müsəlmandan tələb edilir və onlara tövsiyə olunur ki, öz sağlamlığını qorusunlar. Hədislərin birində də vurğulanır ki, insanların çoxu iki nemətin qədir-qiymətini tam bilmirlər. Bunlardan biri sağlamlıq, digəri isə zamandır. Çünki insan sağlam olmadığı halda zəruri ibadətləri, din ayinləri də icra edə bilmir. Bu nöqteyi-nəzərdən dinimizin də tələbi ondan ibarətdir ki, sağlamlıq əsas şərtdir. Oruc ibadətinin şərtlərindən biri də məhz insanın sağlam olmasıdır. Namazla da bağlı müəyyən şərtlər var ki, insan xəstə olarkən nələrə fikir verməlidir. Əgər bir insan ayaqüstə namaz qıla bilmirsə, o oturuqlu vəziyyətdə də ibadətini yerinə yetirə bilər. Dəstəmaz alarkəndə insan bədənində hər hansı bir xəstəlik varsa və su ona hər hansı bir zərər vura bilərsə, dəstəmazla bağlıda müəyyən hökmlər mövcuddur. Bu baxımdan da hər bir müsəlman pandemiyaya da məhz bu prizmadan yanaşmalı, sağlamlığımızı qorumalıyıq”.

İlahiyyatçı qeyd edib ki, bu gün bütün müsəlmanlar böyük həsrətlə məscidlərin açılmasını gözləyir: “Onlar cümə, camaat namazlarını məscidlərdə qılmaq istəyir. Ancaq əsas məqam ondan ibarətdir ki, insanlar öz sağlamlıqları üçün bir müddət kütləvi tədbirlərdən uzaq durmalıdır. Biz müşahidə etdik ki, mar- aprel aylarında sərt karantin tətbiq edildi və yoluxmada faiz nisbəti aşağı düşdü. Lakin sonradan yumlaşma tətbiq edilən kimi virusa yoluxmada artım faizi həddən artıq çoxaldı. İndiki dövrdə müəyyən yumşalmalara gedilib və insanlara tövsiyə edilir ki, daha diqqətli olsun. Çünki uzun müddət bu, belə davam etməyəcək”.

Ceyhun Məmmədov bildirib ki, virusun aradan qalxması ilə insanlar normal həyatlarına davam edəcəklər.

Deputat məhz bundan sonra məscidlərin fəaliyyəti tam bərpa olunacaq və insanlarımız bütün zəruri dini ayinləri icra edə biləcəklərini söyləyib: “Məhərrəmlik mərasimlərini də növbəti illərdə daha kütləvi və tələblərə uyğun qeyd olunacağı mümkün olacaq. Ona görə də bu dövrdə hər birimiz səbrli və təmkinli olmalıyıq. Dinimizdə də bu tələb qoyulub ki, insan sağlamlığı hər bir məsələdən önəmlidir. Təhlükə varsa, insanlar ibadətlərini məscidlərdə icra edə bilmirlərsə, namazlarını ev şəraitində qıla bilərlər. Burada hansısa bir qəbahət və günah yoxdur”.

Ermənistanda koronavirus:ölənlərin sayı 820-ni ötdüErmənistanda daha 38 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 701-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 824-ə çatıb. İndiyədək 34 655 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 978 aktiv koronavirus xəstəsi var. (report)