Sizin Reklam Burada

Zərif: "Azərbaycan İranın dostu və qardaşıdır"

Zərif: "Azərbaycan İranın dostu və qardaşıdır"Bu gün İranın Xarici İşlər Nazirliyində yeni mətbuat katibinin kollektivə təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, təqdimatı nazir Məhəmməd Cavad Zərif açaraq Səid Hətipzadəni mətbuat katibi vəzifəsinə təyin etdiyini bildirib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Tədbirdə İranın Azərbaycana yeni təyin olunan səfiri Seyid Abbas Müsəvi də iştirak edib. Nazir S.A. Müsəvini də səfir təyin olunması münasibətilə təbrik edib və ona tövsiyələrini verərək İran- Azərbaycan münasibətlərinə toxunub.

Qeyd edib ki, Azərbaycan ilə İran xalqları ortaq tarixə, mədəniyyətə, dinə və milli-mənəvi dəyərlərə malikdirlər. Bu faktlar dövlətlərin yaxınlaşmasını və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsini tələb edir. Azərbaycan İranın yaxın qonşusu, dostu və qardaşıdır. Azərbaycan İran üçün əhəmiyyəti dövlətdir və rəsmi Tehran Bakı ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına xüsusi önəm verir: “Bu gün bizim əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycan İranın əziz qardaşıdır”.

Nazir əmin olduğunu bildirib ki, S.A. Müsəvi İran-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində uğurlu addımlar atacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər