Komitə sədrinin müavini vəzifədən AZAD EDİLDİ
Dərc olunub:
17-08-2020, 13:46
Faiq Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Avrasiya.net-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Faiq Quliyev Azərbaycanın Gürcüstandakı yeni səfiri təyin edilib.
Xatırladaq ki, Faiq Quliyev 2015-ci ilin martında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin olunmuşdu.
O, daha əvvəl “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.