Sizin Reklam Burada

Almaniya ordusuna kiber-hücum - "Hücumun hədəfi və miqyası..."

Almaniya ordusuna kiber-hücum - "Hücumun hədəfi və miqyası..."Almaniyada ötən həftə ölkənin Silahlı Qüvvələrinə daşıma xidmətini həyata keçirən qurumun rəsmi internet saytı naməlum şəxslər tərəfindən haker hücumuna məruz qalıb.

İnternet piratları hərbçilərlə yanaşı, Bundestaq deputatları və siyasətçilərin şəxsi məlumat bazasına çıxış əldə ediblər.

Almaniya ordusunun “BW-Fuhrpark Service GmbH” xidmətinin İT şəbəkəsinə haker hücumu Müdafiə Nazirliyi tərəfindən də gec də olsa, təsdiqlənib. Nazirliyin nümayəndəsinin verdiyi açıqlamada insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

“Hücumun hədəfi və miqyası hələ ki, bizə məlum deyil. Bundan başqa, sızıntı olub-olmaması, yaxud məlumatların ələ keçirilməsi faktı araşdırılır”, - deyə nazirliyin Bundestaq deputatlarına göndərdiyi xüsusi məlumatda bildirilir.

Xatırladaq ki, 2015-ci ildə Almaniya parlamentinin saytının serverinə də bənzər həmlə həyata keçirilmiş, nəticədə bir çox deputatın şəxsi yazışmaları, məxfi sənədlər hakerlər tərəfindən oğurlanmışdı. Almaniya hökuməti həmin insidentlə bağlı rəsmi olaraq Rusiya hərbi kəşfiyyatını ittiham edirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər