Sizin Reklam Burada

Niyə lazımdır bu qədər səfirliklər? - ALDP sədrindən ittihamlar

Niyə lazımdır bu qədər səfirliklər? - ALDP sədrindən ittihamlar"Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) 1 aydan çoxdur apardığı həbslərlə bağlı son günlər sensasiyalı məlumatlar yayılmaqdadır. Ən sensasiyalı məlumat DTX tərəfindən Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu saxlanılması olub. Onun maliyyə pozuntusuna yol verdiyi, küllü miqdarda dövlət vəsaiti mənimsədiyi iddia olunur. İndi bununla bağlı DTX-dan verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ilə bağlı özünün "facebook" səhfəsində yazıb:

"Məlum məsələdir ki, DTX toplanan sübutlar əsasında onu həbs edib. Hesab edirəm ki, Hesablama Palatası Azərbaycan Respublikasının bütün diplomatik nümayəndəliklərində yoxlamalar aparmalıdır. Ondan qabaq səfirlər, konsullar, səfirlikdə maliyyə məsələlərə baxan şəxslər Bakıya çağırılmalıdırlar. Bu şəxslərə yoxlama qurtarana gədər ölkəmizdən çıxış qadağan olunmalıdır. Bu yoxlamalar keçmiş səfirlərə də aid olunmalıdır. Xalqın, dövlətin pulunu mənimsəyib, xaricdə sığınacaq tapanlar da. İstənilən səfirliyi yoxlasaq kulli miqdarda yeyinti faktlar aşkar olunacaq".

F.Əliyev səfirlərin fəaliyyətsizliyini sadalayıb: "Bu illər boyu səfirlərin dövlətimizə nə xeyiri olub? Azərbaycan vətəndaşlarının hüquqları pozulanda bir bəyanat verib, etiraz ediblərmi? Azərbaycan mədəniyyətini necə təbliğ ediblər, mədəniyyət günlərini keçirdiblərmi? Bu qədər səfirlik ümumiyyətlə niyə lazımdır? Baxın, Cənubi Amerikada iki səfirlik var – Argentina və Braziliyada. Bizim Cənubi Amerikada nə marağımız var? Ölkənin marağı varsa bu iki ölkədə olan səfirlikləri birləşdirib birində səfirliyi saxlamaq lazımdır. Eyni ilə Şimali Amerikada olan səfirliklərə də aiddir. ABŞ, Kanada, Meksika və Kuba da. Yəqin ki, bu üç olkədən birində, ABŞ səfirliyimiz qalsa, bu ölkəyə yaxın olan Meksika və Kanadanı da öz fəaliyyətilə əhatə edə bilər. Mən Afrikada olan səfirliklərin ümumiyyətlə niyə açıldığını başa düşmirəm. Avropada isə demək olar ki, bütün ölkələrdə səfirliklərimiz var. Niyə lazımdır bu qədər xərc, bu qədər ştat saxlamağa nə ehtiyac var?"

F.Əliyev hesab edir ki, Belçikada, Brüselldə səfirlik, Polşa və İtaliyada və yaxud başqa iki ölkədə konsulluq açılsa, daha məqsədəuyğun olar. Onun sözlərinə görə, keçmiş Sovet ölkələrin hər birində səfirliyin olmasına da ehtiyac yoxdur:

"Bunlar hamısı korrupsiya mənbəyidir. Büdcədən kulli miqdarda pul silirlər. Heç kim dövlətin, xalqın maraqlarını müdafiə etmir, ancaq şəxsi maraqlarına görə Azərbaycanı təmsil etdiyi ölkələrdə fəaliyyət göstərirlər. Bunun qarşısını almaq lazımdır. Səfirliklərin sayını azaltmaq, peşəkər diplomatlar yetişdirməklə biz Azərbaycan dövlətinin nüfuzunu möhkəmləndirə bilərik. Ümumiyyətlə, ölkəmizin maraqlarına uyğun olaraq səfirliklər fəaliyyət göstərməlidir. Peşəkar diplomatlar xalqın, dövlətin maraqlarını güdməlidir. Səfir təyin olunanlar başa düşməlidirlər ki, onlar kimlərisə təmsil etmirlər, onlar Azərbaycan xalqını təmsil edirlər. Onlar öz xalqını, dövlətini həqiqi mənada sevməlidirlər. Və işlədiyi ölkələrdə öz hərəkətləri, öz davranışı ilə xalqımızın adını uca tutmalıdırlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər