Sizin Reklam Burada

Mövlud Çavuşoğludan Co Baydenə sərt cavab:"Sən kimsən ki, belə həddini aşan ifadələrə yol verirsən?"

Mövlud Çavuşoğludan Co Baydenə sərt cavab:"Sən kimsən ki, belə həddini aşan ifadələrə yol verirsən?"Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ prezidentliyinə namizəd Co Baydenin səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

M.Cavuşoğlu bildirib ki, prezidentliyə namizədliyini irəli sürən bir şəxs həddini aşan ifadələrə yol verib:

“Kürdlərin Türkiyə parlamentinə onların dəstəyi ilə girdiyini deyir. Sən kimsən ki, belə həddini aşan ifadələrə yol verirsən? Bu ölkədə terrorçulara yer yoxdur. Prezident Ərdoğanı çevriliş ilə deyil, müxalifəti dəstəkləyərək hakimiyyətdən düşürəcəyini bildirir. Bu dediklərindən də belə anlayırıq ki, əvvəllər çevriliş cəhdlərinə nail olmayıb, indi Türkiyədə bu çevrilişi yaratmağa cəhd göstərir. 15 iyulda edilən xain çevriliş cəhdindən sonra Ankaraya gəldi və üzr istədi. İndi başa düşürük ki, o gün timsah göz yaşları töküb. Qısacası, Türk millətini də tanımayan cahil bir açıqlamadır”. /APA

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər