Qaraqoyunlu camaatı Xəyalə Əhmədovanı böyük coşğuyla qarşıladı - FotoTəşviqat kampaniyası çərçivəsində namizəd Xəyalə Əhmədova Bərdədə görüşlərini davam etdirir.

Bərdə rayonunu qarış-qarış gəzən 93 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd olan Xəyalə Əhmədova Qaraqoyunlu kəndində seçicilərlə görüşüb. Onların problemlərini dinləyərək öz tövsiyyələrini verib. Namizəd qeyd edib ki, əgər deputat seçilərsə bərdəlilərin milli məclisdə haqq səsi olacaq.

Görüşdən çəkiləm foto görüntüləri sizə təqdim edirik:
Qaraqoyunlu camaatı Xəyalə Əhmədovanı böyük coşğuyla qarşıladı - Foto
Qaraqoyunlu camaatı Xəyalə Əhmədovanı böyük coşğuyla qarşıladı - Foto
Qaraqoyunlu camaatı Xəyalə Əhmədovanı böyük coşğuyla qarşıladı - Foto
Kəlbəcərli gənc çağırış etdi - Layiqli namizədə səs verin ki, yanınızda olsun Əslən kəlbəcərli, Azərbaycan və Media İnformasiya Agentliyinin (Amia.az) rəhbəri Nicat Baxşəliyev (Ocaqlı) YAP-ın deputatlığa namizədi Aqil Məmmədova səs verməklə bağlı kəlbəcərlilərə müraciət edib.

Nicat Ocaqlı müraciətində qeyd edib ki, növbəti beş ildə parlamentdə kəlbəcərliləri təmsil edə biləcək yeganə şəxs Aqil Məmmədov ola bilər. N. Ocaqlı müraciətini A. Məmmədovun elinə, obasına, millətinə sədaqətli xidməti, vətənpərvərliyi, xeyirxahlığı ilə əlaqələndirib. N. Ocaqlı qeyd edib ki, A. Məmmədovun qapısı hər zaman ona pənah gətirənlərin üzünə açıq olub. Bu vaxtadək bir kəlbəcərli belə onun qapısından naümid geri dönməyib.

Aqil Məmmədovun dəyərli ziyalı, təcrübəli ictimai, siyasi xadim olduğunu vurğulayan N Ocaqlı A.Məmmədovun ümummilli lider H. Əliyev ideyalarına və bu gün onun davamçısı cənab prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətə sadiqlik nümayiş etdirdiyini deyib. YAP-ın güvəndiyi və etibar etdiyi bir namizədi parlamentdə görmək istəyini qeyd edən N.Ocaqlı vətənini, yurdunu sevən bütün kəlbəvərliləri fevralın 9-da seçki məntəqələrinə gedərək A.Məmmədova səs verməyə dəvət edib.
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Bu gün YAP-ın deputatlığa namizədi Sadiq Qurbanovun Şabran şəhər Mədəniyyət sarayında rayon gəncləri və idmançıları ilə möhtəşəm görüşü olub.

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev və ölkənin tanınmış idmançılarının tədbirə qatılmadı onun möhtəşəmliyini daha da artırıb.

Telman Bayramov, Zeynal Zeynalov, Müşviq Cəfərov və Avropa çempionu Məmmədi Salamov çıxışlarında Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara göstərdikləri qayğıdan, diqqətdən bəhs edərək, onlara təşəkkürlərini bildiriblər.

Çıxış edən gənclər 9 fevral seçkilərində bütün gəncləri və idmançıları YAP-ın namizədinə səs verməyə çağırıblar.

Onlar qeyd ediblər ki, YAP həmişə seçkilərdə qalib gəlib. Nüfuzlu və ümummilli liderin ideyalarına sadiq qalan namizədləri dəstəkləmək vətənini, xalqını, millətini sevən hər bir seçicinin borcudur.

S.Qurbanov ona təbliğat prosesində mənəvi dayaq duran hər bir kəsə təşəkkürünü bildirib. Daha sonra namizəd seçki platformasından danışıb və tədbirin sonunda ona yaxınlaşan hər bir seçici ilə səmimi söhbətlər aparıb.
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edirMilli Məclisin üzvlüyünə namizəd, Azərbaycanın dünya miqyasında tanına kardiocərrahı, minlərlə insana ikinci doğum günü bəxş edən tibb elmləri doktoru Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir.

Bu dəfə R. Mahmudovun Kijəbə qəsəbəsində seçicilərilə görüşüb. Qəsəbə sakinləri Ulu Öndər Heydər Əliyevin qəsəbəyə 6 dəfə səfər edərək xüsusi diqqət göstərməsindən və cənab Prezidentimiz İlham Əliyevin də yüksək qayğısından qürurla söz açıblar.

Bu seçkidə də ölkə başçısının yanında olmaqla, lideri olduğu YAP namizədini dəstəkləyəcəklərini birmənalı olaraq vurğulayıblar.
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir
MSK YAP-ın namizədinə xəbərdarlıq etdiMərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.
Mətbuat Şurası 2 sayta xəbərdarlıq etdiAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, komissiya ilk olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “Rubrika.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayətini araşdırıb.

Məlum olub ki, “Rubrika.az” saytında institut barədə yayımlanmış yazıda qarşı tərəfin rəyi öyrənilməyib, məqalə birtərəfli qaydada verilib. Sayta tövsiyə edilib ki, qarşı tərəfin mövqeyi dərc edilsin, yanlışlar aradan qaldırılsın. “Bizimxeber.az” saytının təmsilçiləri isə bildiriblər ki, faktların dəqiqləşdirilməmiş olduğu nəzərə alınaraq, material saytdan çıxarılıb.

Bakı şəhər sakini Rövşən Məhərrəmovun “Xeberim.com” və “Xeberin.info” saytlarına qarşı şikayəti araşdırılarkən bəlli olub ki, qeyd edilən saytlarda şikayətçi barədə dərc edilən materiallar birtərəfli, rəy öyrənilmədən, dəqiqləşdirilmədən verilib. Bununla yanaşı, şikayətçinin şəxsiyyəti barədə təhqiramiz ifadələr işlədilib ki, bu da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) ziddir. Digər tərəfdən, xəbər saytı KİV haqqında qanunun tələblərini pozaraq, öz rekvizitlərini, əlaqə nömrələrini, ünvanını təqdim etməyib, qarşılıqlı əlaqə saxlanılmasını imkansız edib. Komissiya rəy verib ki, belə davranış həm AJPDQ-ya, həm də KİV haqqında qanunvericiliyə ziddir.

Bakı şəhər sakini Sevda Qasımovanın “Detektiv Lyuks” qəzetinə qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, şikayətçini narazı salan məqamda dələduzluq ehtimalı var və Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində həll edilməsi imkansızdır. Tövsiyə edilib ki, şikayətçi hüquq-mühafizə orqanlarına müraciət etsin.
Nazir məşhur generalı işdən çıxardıBakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

Report xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.
MSK Mehman Hüseynova xəbərdarlıq etdi – SəbəbBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizəd Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayeva tərəfindən MSK-ya şikayət daxil olduğunu deyib:

“Sevinc Abdullayeva şikayətində qeyd edib ki, həmin dairədən digər namizəd Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov tərəfindən ayrı-ayrı seçicilərdən Kəmaləddin Qafarovun əleyhinə həmin dairənin ərazisində müsahibələr alınması və digər bu kimi hallara yol verilib. Şikayət ərizəsinə əlavə edilmiş diskə baxılarkən müəyyən olunub ki, Mehman Hüseynov tərəfindən bir çox insanlara yaxınlaşaraq Kəmaləddin Qafarov barəsində məlumatlı olub-olmadıqları soruşulub. Mehman Hüseynov bloger fəaliyyətindən sui-istifadə edərək Kəmaləddin Qafarovun əleyhinə fəaliyyətlər aparmaq niyyətini ortaya qoyub. Bu fəaliyyətini bilərəkdən və ya bilməyərəkdən açıq şəkildə ortaya qoyur. Həmçinin, araşdırma zamanı məlum olub ki, Mehman Hüseynov tərəfindən bu kimi digər videolar da hazırlanıb. Mehman Hüseynov özü 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınmış namizəddir. O, həmçinin Ülvi Həsənovun səlahiyyətli nümayəndəsidir. Ülvi Həsənov da onun səlahiyyətli nümayəndəsidir”.

Q.Orucov qeyd edib ki, M.Hüseynov hər vəchlə K.Qafarovun əleyhinə fəaliyyət göstərir. O, M.Hüseynova Seçki Məcəlləsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini, xəbərdarlıq olunmasını təklif edib.

Q.Orucov hər iki şəxsin təbliğat lövhəsini sındırdıqlarını və bunu sosial şəbəkədə paylaşdıqlarını da vurğulayıb:

“Seçki başlayandan bu fəaliyyətlər də başlayıb”.

MSK katibi Mikayıl Rəhimov xəbərdarlıqdan nəticə çıxarılmayacağı təqdirdə daha sərt tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, maraqlı hal hər iki şəxsin etdikləri qanunsuzluqları özlərinin ictimailəşdirməkləri ilə bağlıdır.

MSK sədri Məzahir Pənahov bu kimi halların davam edəcəyi təqdirdə onların namizədliyinin ləğv ediləcəyini bildirib:

“Hər bir namizəd ilk növbədə öz təbliğatı ilə məşğul olmalıdır. Digər namizədlərin şərəf və ləyaqətini təhqir etmək olmaz”.

MSK üzvü Nizami Nadirov xəbərdarlıqdan nəticə çıxarılmayacağını, hər iki şəxsin namizədliyinin ləğv edilməsini təklif edib.

Müzakirələrdən sonra hər iki namizədə xəbərdarlıq edilməsi qərara alınıb.
İlkinin polis qohumu həbs edilə bilər – Şok səbəbPolis əməkdaşı Murad Süleymanovun Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialar ciddi surətdə araşdırılmalıdır.

Bu sözləri Axar.az-a Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əmisi oğlu Murad Süleymanovun irəli sürdüyü iddialarla bağlı danışan hüquqşünas Səməd Vəkilov deyib.

O bildirib ki, Murad Süleymanovun irəli sürdüyü, xüsusilə də İlkin Süleymanovun evində aparılan axtarışlarla bağlı iddialar araşdırılmalı və aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidir:

“Prezident İlham Əliyevin nəzarətində olan bu hadisənin araşdırılması çox məsuliyyətli məsələdir. Bu, həm istintaq orqanı, həm də ictimaiyyət üçün həssas məsələdir. Buna görə Murad Süleymanovun irəli sürdüyü iddialara, həmçinin onun İlkinin evində icazəsiz axtarış aparılması barədə söylədiklərinə istintaq orqanları münasibət bildirməlidir.

Polis haqqında qanunun 24-cü maddəsində polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasının əsasları göstərilib. Qanuna əsasən axtarış aparılması üçün hakimin qərarı olmalıdır. Lakin qanunda bir neçə hal qeyd edilib ki, bu hallar qeydə alınarsa, polis əməkdaşları mənzil toxunulmazlıq hüququnu pozaraq orada əməliyyat axtarış tədbirlərini həyata keçirə bilərlər”.

Hüquqşünas onu da bildirib ki, Murad Süleymanovun Nərminin axtarış fəaliyyətinə müdaxilə edib-etməməsi də ciddi şəkildə araşdırılmalıdır.

Qeyd edək ki, Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirib və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini deyib.

Mütəxəssislər hesab edirlər ki, Murad Süleymanovun bu açıqlamaları ibtidai istintaqın həyata keçirilməsinə mane olacağı təqdirdə, o, 361-ci maddəyə əsasən 200 manatdan 500 manatadək cərimə və 2 il müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırıla bilər.
Keçirdiyi görüşlər professoru dairənin favoritinə çevirdi - Fotolar+ VİDEOLAR22 saylı Nəsimi ikinci seçki dairəsində Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Qurban oğlu Məmmədov seçicilərlə aktiv olaraq görüşlərini davam etdirir.

ATƏT-in müşahidəsi ilə 25 yanvarda Qızlar Universitetinin zalında keçirdiyi izdihamlı toplantıdan sonra onun növbəti MSK-nın ayırdığı məkandakı görüşü yanvarın 26-da Bakı Tikiş Fabrikinin həyətində olub.
Keçirdiyi görüşlər professoru dairənin favoritinə çevirdi - Fotolar+ VİDEOLAR
Açıq hava şəraitində saat yarım davam edən toplantıda 200-ə qədər insan iştirak etdi. Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra namizədin vəkilləri Aidə Bəndəliyeva, Xalid Niyazov və namizəd özü çıxış edib.
Keçirdiyi görüşlər professoru dairənin favoritinə çevirdi - Fotolar+ VİDEOLAR
Səmimi şəraitdə keçən görüşdə professor Vüqar Məmmədov öz seçki platforması və görəcəyi işlər barədə məlumat verib.

Namizədin platformasını dinlədikdən sonra çıxış edən seçicilər Zemfira xanım, Maarif həkim, Nizami həkim, Sənan həkim, Həsən müəllim və digərləri Vüqar Məmmədovun dairədə seçicilərin böyük rəğbətini qaznıldığını, seçicilərlə aktiv görüşlər keçirdiyini qeyd etdilər. Onlar professor Vüqar Məmmədovun dairənin birmənalı lideri olduğunu bildirdilər və ona uğurlar arzu etdilər. Toplantı çox yüksək ruh yüksəliyilə keçirildi.
Keçirdiyi görüşlər professoru dairənin favoritinə çevirdi - Fotolar+ VİDEOLAR
Bundan başqa, Mərdanov Qardaşları küçəsində, Niaqara restoranının arxasında, Feyzulla Qasımzadə küçəsində, Novruzov qardaşları küçəsində, "Avrasiya" hospitalının yanında, Sənani küçəsində, Yusif Çəmənzəmənli küçəsində, Azadlıq prospekti 90-da, "Kubinka" deyilən ərazinin "Təzə bazar"ın yaxınlığında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində olan "stalinka" binalarının həyətlərində və digər ünvanlarda örüşlər yüksək səviyyədə baş tutub.

Görüşlərdə çıxış edən seçicilər professor Vüqar Məmmədovun seçki platformasını bəyəndiklərini, dairənin deputatı kimi onu görmək istədiklərini bildiriblər.
Keçirdiyi görüşlər professoru dairənin favoritinə çevirdi - Fotolar+ VİDEOLAR
Professor Vüqar Məmmədov dairə ərazisində görüşlərini davam etdirir.