Rusiyada partlayış nəticəsində 4 Türkiyə vətəndaşı ölüb
Dərc olunub:
31-01-2020, 14:45
Rusiyada fəaliyyət göstərən fabrikdə partlayış olub.
Publika.az xəbər verir ki, Oriol bölgəsinin Mtsensk şəhərində kauçuk istehsal edən fabrikdə qaz partlayışı baş verib.
Nəticədə dağıntılar altında qalan 4 Türkiyə vətəndaşı ölüb. 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyəti kritikdir.
Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal olunur.