Sizin Reklam Burada

İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb

İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəbTovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.

M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13"-ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün" işdən çıxıb.

O, nəinki əmisi oğlunun, özünün də şərləndiyini iddia edib:

“Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.

M.Süleymanov “polis işçisi kimi” hansı müstəsna hüquq istəyib və yaxud niyə bir yerdə işlədiyi kollektivin qəflətən onu və əmisi oğlunu şərləməyə girişməsinin səbəbini isə açıqlamayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər