Fərid Məmmədov Qaradolaq və Avşar kəndlərində seçicilərlə görüşüb
Dərc olunub:
31-01-2020, 13:56
82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Fərid Murad oğlu Məmmədov seçicilərlə görüşlərini davam etdirib.
O Ağcabədi rayonunun Qaradolaq və Avşar kənd sakinləri ilə görüşərək onlarla fikir mübadiəsi aparıb.
Deputatlığa namizəd seçki platforması haqqında seçicilərinə məlumat verib. Bundan başqa seçiciləri narahat edən məsələlər barədə onların fikirlərini alıb. O, rayonda həyata keçirilməsi vacib əhəmiyyət daşıyan məsələlərdən danışıb.
Eyni zamanda dövlət başçısının apardığı islahatların zəruriliyi barədə danışan F.Məmmədov xalqın bu islahatlara dəstək verməsinin vacibliyini önə çəkib.
Daha sonra sözügedən kənd sakinlərinin suallarını cavablandıran deputatlığa namizədin görüşü diskussiya şəklində davam edib.