Sizin Reklam Burada

Hacı Mazan icranın aktlarını zibilliyə atdı

Hacı Mazan icranın aktlarını zibilliyə atdıMasallının Göyəçöl kəndində Hacı Mazan kimi tanınan iş adamı Hacı Ramazan Zeynalovun kəndlilərin pay torpağında qanunsuz olaraq apardığı tikintidən rayon icra hakimiyyətinin də məlumatı olub.

Axar.az xəbər verir ki, bu barədə kənd sakinlərinin Azərbaycan Respublikası Prezidenti yanında İctimai Nəzarət Komitəsinə ünvanlandığı məktubun mətnində qeyd edilib.

Belə ki, dövlət tərəfindən onlara əkin-biçin üçün verilən pay torpaqlarında qanunsuz olaraq tikinti aparan Hacı Mazan və Adna Salayev adlı şəxslə bağlı kəndlilər əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Şikayətdən dərhal sonra RİH-in məsul işçiləri, kənd icra nümayəndəliyi, bələdiyyə tikinti aparılan ərazilərə ayrı-ayrı vaxtlarda iki dəfə baxış keçiriblər. İcra Hakimiyyəti aparılan tikintilərin dərhal dayandırılması üçün 2020-ci il yanvar ayında 2 akt tərtib edib.

Şikayətçilərin sözlərinə görə, Hacı Mazan və onun adamı Adna Salayev tikintinin dayandırılması üçün tərtib edilən aktları heçə sayaraq, tikintiyə davam edib.

Kəndlilər bildirir ki, tikintilər pay torpaqlarında və ona çox yaxın olan ərazilərdə aparıldığından, əkin torpaqlarının suvarılması üçün nəzərdə tutulmuş suvarılma sistemlərini tam sıradan çıxarıb.

Məsələ ilə bağlı Axar.az-a Masallı Rayon İcra Hakimiyətindən bildirilib ki, məsələ onların diqqətindədir və məsələyə baxıldıqdan sonra məlumat veriləcək.

Kənd sakinləri zəbt olunan pay torpaqlarında aparılan qanunsuz tikintilərin dərhal dayandırılıb, torpaqlarının onlara qaytarılmasını tələb edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər