İran bu ölkənin köməyi ilə ABŞ bazalarını vurub - Şok iddia
İran ABŞ-ın İraqdakı bazalarına hücum zamanı “Rus Glonass” peyklərinin köməyindən istifadə edib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, İranın atdığı raketlər Rusiya peyklərinin koordinatları əsasında hədəfi dəqiqliklə vurub.

İddialara görə, İran ABŞ-ın nəzarətindəki GPS sistemi əvəzinə “Glonass” texnologiyasından istifadə edib. Nəticədə atılan 19 raketdən 17-si hədəfə tuş gəlib.

Rusiya Müdafiə Nazirliyindəki mənbələr isə yayılan iddiaları təkzib edib.

Qeyd edək ki, İran iki bazanın vurulması zamanı 80 amerikalının öldüyünü iddia etsə də, ABŞ tələfatın olmadığını bildirib.

Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Hər zaman öz gözəl, dərhal hit mahnılara çevrilən şeirləri və möhtəşəm layihələri ilə Azərbaycan musiqi mədəniyyətində iz qoyan Cəlal Qurbanov növbəti bir uğura imza atdı.

C. Qurbanovun sözlərinə yazılmış “Yaşa , yaşa Azərbaycan!” mahnısı ( musiqisi Rauf Məmmədovundur) artıq geniş audotoriyanın rəğbətini qazanıb və ona klip çəkilişi gözlənilir.
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Xatırladaq ki, bu, ürəkləri fəth etmiş kompozisiya, bir sıra tanınmış insanların iştirakıyla həyata keçirilib. Onun yaranmasında Xalq artistləri Aygün, Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Natiq Şirinov, Rasim Balayev və gənc xanəndə Mirələm Mirələmov kimi mədəniyyətimizin nəhəng simaları iştirak ediblər. Onların hər biri öz ifasıyla mahnıya xüsusi bir rəng qatıb.
Qeyd etdiyimiz kimi, kompozisiyanın uğurunu və möhtəşəmliyini nəzərə alaraq, ona klip çəkilməsi qərarı verilib. Ümid edirik ki, klip də öz baxımlığı və gözəlliyi ilə mahnıdan geri qalmayacaq və onun daha da çox tanınmasına təkan verəcək.
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Qeyd edək ki, mahnı Heydər Əliyev Fondunun, Bakı Şəhər İcra Hakimiyyətinin, “Fire Land Production"nin birgə təşəbbüsü ilə reallaşıb. Mahnı bu aydan Azərbaycan radiolarında səsləndirilir.
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Göygöl rayon ərazisində yerləşən yeni məcburi köçkün qəsəbəsində və Daşkəsən rayon Quşçu kəndində keçirib.

Görüşdə çıxış edən Aqil Məmmədov seçkilərə Yeni Azərbaycan Partiyasının "Daha güclü Azərbaycan naminə" şüarı ilə qoşulduğunu və əgər ona seçicilər etimad göstərərsə dövlətimizin inkişafı və rayon sakinlərinin rifahı naminə daha da əzmlə çalışacağını qeyd edib. Görüşdə iştirak edən sakinlər birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini və bununla da ölkəmizin inkişafına öz töhfələrini verəcəklərini bildirib.
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Krasnovun istintaq təklifi: Bakı bunu tətbiq edə bilərmi?
Rusiyada Baş prokuror vəzifəsinə namizəd İqor Krasnov həbs və ibtidai istintaq müddətlərinin qısaldılması ilə bağlı təklif irəli sürüb. O, işlərin məhkəməyə tez ötürülməsinin effektli olacağını deyib.

Bəs görəsən, bu sistemi Azərbaycanda tətbiq etmək olarmı?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov ölkəmizdə də həbs və ibtidai istintaq müddətinin azaldılmasının zəruriliyini bildirib:

“İqor Krasnovun irəli sürdüyü təklif maraqlıdır. Həqiqətən, bəzi hallarda istintaq orqanı istintaq müddətini 4-5 dəfə artırır və həmin müddətdə təqsirləndirilən şəxs həbsdə qalır. Sonra isə cinayət işinə xitam verilir, yaxud məhkəməyə göndərilir. Bu səbəbdən hesab edirəm ki, istintaq müddətinin azaldılması istintaq orqanının daha operativ işləməsinə səbəb olar”.

Bununla bağlı danışan hüquqşünas Nicat Gözəlov da barəsində həbs-qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin istintaq müddətinin azaldılmasının məqsədəuyğun olduğunu bildirib:

“Əgər adi qaydada şəxs barəsində iltizam alınıbsa, cinayət işinin 1 ay və yaxud uzunmüddətli aparılması onun üçün o dərəcə də önəm kəsb etmir. Həbsli istintaqdırsa, yəni şəxs barəsində həbs-qətimkan tədbiri seçilirsə, istintaq işi təcili məhkəməyə göndərməlidir ki, təqsirləndirilən şəxs barəsində hökm çıxsın.

Buna uyğun olaraq, həbs-qətimkan tədbirinin də müddəti azaldılmalıdır ki, istintaq orqanı və prokuror ciddi şəkildə, digər işləri kənara qoyaraq həbsdə olan şəxsin işi ilə məşğul ola bilsinlər”.

Hüquqşünas onu da bildirib ki, bu sistemin tətbiq edilməsi üçün müstəntiqlərin sayı da artırılmalıdır:

“Bizdə cinayətlərin sayı çoxdur, müstəntiqlərin sayı isə az. Buna görə, onları başa düşmək lazımdır. Hesab edirəm ki, istintaqın keyfiyyətli aparılması üçün ölkədə müstəntiqlərin sayı da artırılmalıdır”.
ABŞ İncirlikdən çıxır: proses başladıldı
ABŞ-ın İncirlik bazasında çalışan 424 türkiyəlinin aviabazadan uzaqlaşdırılması prosesinə başlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Türk Hərbi İş Birliyinin Adana şöbəsinin rəhbəri Erdal Akalın paylaşıb. O, ABŞ şirkətinin bu addımı İraq, Suriya və Türkiyədən çəkilmək istədiyi üçün atdığını bildirib:

“İraq, Suriya və Türkiyədən çəkilmək istədiklərini bildirirlər və bununla əlaqədar olaraq kadr məhdudlaşdırılmasına getmək istəyirlər. ABŞ geri çəkilmək istəyir. Şirkət sadəcə hökumətin izn verdiyi sayda işçi çalışdırır”.
Ceyhun Ələkbərov namizədliyini geri götürdü
Bununla bağlı sosial səhifəsində paylaşım edib

Əziz dostlar bildiyiniz kimi, 9 fevral Milli Meclise seçki marafonuna doğma Xankəndim 122-ci Seçki Dairəsindən bitərəf kimi qoşulmuşdum.

Dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün namizədliyimi geri götürmək qərarı verdim. Addımım, qətiyyən ölkədəki seçki prosesindən narazılığım kimi qəbul edilməməlidir.

Dövlətini, Millətini, Vətənini sevən hər bir kəsin zamanı gəldiyində şəxsi maraqlarından öncə canından çox sevdiyi Milli Dəyərlər naminə vaz keçmək mədəniyyətini ortaya qoyması əsas şərtdir.

Mən Prezident İlham Əliyevin islahatlar siyasətinə inanıram və seçkinin azad və ədalətli mühitdə reallaşacağına əminəm.

Azərbaycanı yenidən şəkilləndirən islahatlar prosesinə dəstəyimizi bundan sonra daha çox fayda verə biləcəyimiz yerdən davam etdirəcəyik. Hər zaman olduğu kimi Dövlətimin və Millətimin yanındayam və bu iki meyar mənim üçün ən əsas dəyərlərdir.

Seçkidə doğma Xankəndililərimin doğru seçim edəcəyinə və ən layiqli namizədə səs verəcəyinə inanıram.
Vətən sağolsun!
"Zirəddində FSB-nin vəsiqəsi var, özüm görmüşəm" Azərbaycanlı ekstrasens Zirəddin Rzayev “İri Plan” “Youtube” kanalına müsahibəsində bildirib ki, 10 yaşlı Nərminin qətli ilə bağl polislər ondan informasiya istəyiblər.

Bu müsahibə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Daxili İşlər Nazirliyindən isə deyiblər ki, bu tam yanlış məlumatdır, olsa-olsa Zirəddin Rzayev bunu yuxusunda görə bilər.

Tanınmış astroloq, avestaşünas, jurnalist Səbuhi Rəhimli məsələ ilə bağlı Modern.az- a maraqlı açıqlama verib.

“Öncə bildirim ki, bu, mənim sahəm deyil. Əgər hər hansı bir terror hadisəsi gözlənilərsə, yaxud döyüş əməliyyatlarına hazırlıq gedərsə, bu zaman astroloji xidmətdən istifadə oluna bilər.

Amma bəzən də elə olur ki, astroloji cəhətdən uğurlu hesab edilən bir məsələ əks-effekt də verir. Çünki psixoloji hazırlığı, partnor və rəqiblərin atacağı addımlar, hətta iqlim və hərbi-siyasi durum da gedişatda rol oynayır. Parapsixologiya sahəsində isə telepatiya, telekines, ekstrasensorika, öncəgörmə kimi fərqli anlayışlar mövcuddur. Bəzən insanlar bunu biri-birinə qarışdırır. Məsələn, telepat itmiş bir şeyi tapmağa, ekstrasens bioenerji ilə müalicəyə, öncəgörən isə hadisələrin sonunu söyləməyə məsuldur”.

Astroloq telepat sahəsində Zirəddin Rzayevin potensialının yüksək olduğunu vurğulayıb. “Bildirim ki, bu kimi məsələləri Zirəddin Rzayev çox gözəl bacarır. Ancaq mən şəxsən Zirəddin Rzayevi öncəgörən və ya ekstrasens hesab etmirəm. Ekstrasens yuxarıda dediyim kimi sırf müalicə və diaqinostika ilə məşğul olanlardır. Zirəddin Rzayevdə bunlar o qədər də inkişaf etməyib. Ancaq onda telepatik qabiliyyət çox yüksək səviyyədədir. Bəzən elə insanlar olub ki, Zirəddinə inanmayıb, mən elə həmin məqamda ona zəng vurmuşam. İnandırım sizi, o, yanımda neçə nəfərin olduğunu, hansı rəngdə paltar geyindiklərini, hətta olduğumuz otağın təsvirini ən xırda detallarına qədər dəqiq söyləyib.

Mən Moskvada Zirəddinin qonağı da olmuşam. Rusiya prokrorluğu, o cümlədən FSB ona tez-tez müraciət edir. Özüm də şahidi oldum.

Məsələn, nə vaxtsa bir qatil kimisə öldürərək meşədə basdırıb. Zirəddin az bir zamanda dəqiqliklə həmin nəşin yerini təyin edir. Məhz buna görə də Rusiya polisi ona FSB-nin vəsiqəsini verib, özüm görmüşəm”.

Səbuhi Rəhimli Nərminin qətli ilə bağlı məsələdə tərəddüdlü olduğunu söyləyib. “Nərminin qətlinə gəlincə isə, mən konkret bilmirəm ki, polis bu məsələdə Zirəddindən kömək istəyib, ya yox. Düşünürəm ki, əgər Azərbaycan polisi bu məsələ ilə bağlı ona müraciət etmişdisə belə, gərək istintaq sirri olaraq bunu açıqlamayaydı. Əgər Zirəddinin bu məsələdə polisə köməyi dəyibsə, gərək o bunu açıb söyləməzdi.

Mən bunu ictimai fikri çaşdırmaq üçün atılan bir addım hesab edirəm.

Təcrübə göstərir ki, istintaq prosesinə ekstrasenslər, parapsixoloqlar, telepatlar cəlb oluna bilər. Tutaq ki, şüşənin arxasında şübhəli bilinən 4 cinəyatkar saxlanılıb. Bacarıqlı parapsixoloq şüşənin arxasından baxaraq məsələn, söyləyir ki, cinayəti soldan ikinci adam törədib”.

Astroloq ona da bu tip müraciətlər olduğunu deyir.

“Konkret olaraq bildirim ki, iki rəsmi müraciət olub. Onlardan biri cinayət tərkibli olduğu üçün açıqlama vermək istəmirəm. Digər müraciət isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən olunmuşdu. Astrologiyada ağacəkmə məqamlarını tutmaq olduğu üçün heç də hər zaman əkilən ağaclar torpaqla uyumur. Şəxsən keçmiş mer Hacıbala Abutalıbov bununla bağlı mənə müraciət etmişdi ki, Ayın Buğa bürcündə olduğu dövrü (ağac əkmək üçün ən münbit vaxt) ona yazıb verim. Mən də verdim və nəhayət ki, Bayıl yamacındakı ağaclar vaxtında tutdu və bir daha quruma baş vermədi”.
Baş Prokurorluqdan baş redaktora xəbərdarlıq edilibAzərbaycanda xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla “jamaz.info” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş redaktoru İbişbəyli Fikrət Fəraməz oğlu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əliyev Emin Fazil oğlu yanvarın 18-i Sabirabadın Rüstəmli kənd, Hacıqabulun Atbulaq kənd və Şirvan rayonundakı qaçqın və məcburi köçkün şəhərciyi sakinləri ilə görüşüb və onlarla xoş ünsiyyətdə olub.

Namizədi olduqca isti və səmimi qarşılayan zəngilanlılar bildiriblər ki, digər namizədlər bu kəndə baş çəkməyiblər və seçici sayı daha çoxdur deyə, əsasən Bakı-Sumqayıt ərazisinə fokuslanıblar.

Emin Əliyev kənd barədə təəssüratlarını bizimlə bölüşüb: "Bəzi xırda problemlər var idi ki, əslində deputatın bir zəngi ilə həll oluna biləcək şeylərdir. Ümid edirəm ki, burada gözəl işlərə imza ata bilərik. Bu yerlərə hələ çox gələcəyik. Bizi yenə qonaq etsələr hələ çox çaylarını içəcəyik. Yerlilərimə söz vermişəm!"
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAREmin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
Səudiyyə şahzadəsi öldü
Şahzadə Bəndər bin Məhəmməd bin Əbdül Rəhman bin Feysəl əl Səud Səudiyyə Ərəbistanında ölüb.

Axar.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanının rəsmi agentliyi yayıb.

Qeyd edək ki, şahzadə Bəndər kralın əmisi oğlu və eyni zamanda onun qaynı olub. İki dəfə evlənən şahzadə 13 övlada sahib olub.