Sizin Reklam Burada

Rauf Əliyev Pirallahıda seçicilərlə görüş keçirib

Rauf Əliyev Pirallahıda seçicilərlə görüş keçirib VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi.

Görüşdə çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, ağsaqqallar Bəhram Qədirli, Yaqub Hüseynov, Fariz Məhəmmədov, Tarverdi Bünyatov rayonun ağsaqqalları, ziyalıları ilə görüşməsinə, ağsaqqal xeyir-duasına və ziyalı sözünə böyük əhəmiyyət verməsinə görə deputatlığa namizəd Rauf Əliyevə dərin təşəkkürlərini bildirdilər.
Rauf Əliyev Pirallahıda seçicilərlə görüş keçirib
Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III,IV,V çağırış Milli Məçlisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan etdilər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük dəyər verdiyini Pirallahı rayonunun tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Rauf Əliyev Pirallahıda seçicilərlə görüş keçirib
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvləri Aşur Məmmədov və Qabil Şirinov mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş etdilər.

Deputatlığa namizəd Rauf Əliyev ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi.
Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iştirak etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər