Sizin Reklam Burada

"Zirəddində FSB-nin vəsiqəsi var, özüm görmüşəm"

"Zirəddində FSB-nin vəsiqəsi var, özüm görmüşəm" Azərbaycanlı ekstrasens Zirəddin Rzayev “İri Plan” “Youtube” kanalına müsahibəsində bildirib ki, 10 yaşlı Nərminin qətli ilə bağl polislər ondan informasiya istəyiblər.

Bu müsahibə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Daxili İşlər Nazirliyindən isə deyiblər ki, bu tam yanlış məlumatdır, olsa-olsa Zirəddin Rzayev bunu yuxusunda görə bilər.

Tanınmış astroloq, avestaşünas, jurnalist Səbuhi Rəhimli məsələ ilə bağlı Modern.az- a maraqlı açıqlama verib.

“Öncə bildirim ki, bu, mənim sahəm deyil. Əgər hər hansı bir terror hadisəsi gözlənilərsə, yaxud döyüş əməliyyatlarına hazırlıq gedərsə, bu zaman astroloji xidmətdən istifadə oluna bilər.

Amma bəzən də elə olur ki, astroloji cəhətdən uğurlu hesab edilən bir məsələ əks-effekt də verir. Çünki psixoloji hazırlığı, partnor və rəqiblərin atacağı addımlar, hətta iqlim və hərbi-siyasi durum da gedişatda rol oynayır. Parapsixologiya sahəsində isə telepatiya, telekines, ekstrasensorika, öncəgörmə kimi fərqli anlayışlar mövcuddur. Bəzən insanlar bunu biri-birinə qarışdırır. Məsələn, telepat itmiş bir şeyi tapmağa, ekstrasens bioenerji ilə müalicəyə, öncəgörən isə hadisələrin sonunu söyləməyə məsuldur”.

Astroloq telepat sahəsində Zirəddin Rzayevin potensialının yüksək olduğunu vurğulayıb. “Bildirim ki, bu kimi məsələləri Zirəddin Rzayev çox gözəl bacarır. Ancaq mən şəxsən Zirəddin Rzayevi öncəgörən və ya ekstrasens hesab etmirəm. Ekstrasens yuxarıda dediyim kimi sırf müalicə və diaqinostika ilə məşğul olanlardır. Zirəddin Rzayevdə bunlar o qədər də inkişaf etməyib. Ancaq onda telepatik qabiliyyət çox yüksək səviyyədədir. Bəzən elə insanlar olub ki, Zirəddinə inanmayıb, mən elə həmin məqamda ona zəng vurmuşam. İnandırım sizi, o, yanımda neçə nəfərin olduğunu, hansı rəngdə paltar geyindiklərini, hətta olduğumuz otağın təsvirini ən xırda detallarına qədər dəqiq söyləyib.

Mən Moskvada Zirəddinin qonağı da olmuşam. Rusiya prokrorluğu, o cümlədən FSB ona tez-tez müraciət edir. Özüm də şahidi oldum.

Məsələn, nə vaxtsa bir qatil kimisə öldürərək meşədə basdırıb. Zirəddin az bir zamanda dəqiqliklə həmin nəşin yerini təyin edir. Məhz buna görə də Rusiya polisi ona FSB-nin vəsiqəsini verib, özüm görmüşəm”.

Səbuhi Rəhimli Nərminin qətli ilə bağlı məsələdə tərəddüdlü olduğunu söyləyib. “Nərminin qətlinə gəlincə isə, mən konkret bilmirəm ki, polis bu məsələdə Zirəddindən kömək istəyib, ya yox. Düşünürəm ki, əgər Azərbaycan polisi bu məsələ ilə bağlı ona müraciət etmişdisə belə, gərək istintaq sirri olaraq bunu açıqlamayaydı. Əgər Zirəddinin bu məsələdə polisə köməyi dəyibsə, gərək o bunu açıb söyləməzdi.

Mən bunu ictimai fikri çaşdırmaq üçün atılan bir addım hesab edirəm.

Təcrübə göstərir ki, istintaq prosesinə ekstrasenslər, parapsixoloqlar, telepatlar cəlb oluna bilər. Tutaq ki, şüşənin arxasında şübhəli bilinən 4 cinəyatkar saxlanılıb. Bacarıqlı parapsixoloq şüşənin arxasından baxaraq məsələn, söyləyir ki, cinayəti soldan ikinci adam törədib”.

Astroloq ona da bu tip müraciətlər olduğunu deyir.

“Konkret olaraq bildirim ki, iki rəsmi müraciət olub. Onlardan biri cinayət tərkibli olduğu üçün açıqlama vermək istəmirəm. Digər müraciət isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən olunmuşdu. Astrologiyada ağacəkmə məqamlarını tutmaq olduğu üçün heç də hər zaman əkilən ağaclar torpaqla uyumur. Şəxsən keçmiş mer Hacıbala Abutalıbov bununla bağlı mənə müraciət etmişdi ki, Ayın Buğa bürcündə olduğu dövrü (ağac əkmək üçün ən münbit vaxt) ona yazıb verim. Mən də verdim və nəhayət ki, Bayıl yamacındakı ağaclar vaxtında tutdu və bir daha quruma baş vermədi”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər