Sizin Reklam Burada

Yaxın Şərqdə ara qarışdı - Bir zərbə də İrana dəydi

Yaxın Şərqdə ara qarışdı - Bir zərbə də İrana dəydiİsrail “Hizbullah” üzvlərinin daşıdığı peycerləri partlatmaq planını İranın dəstəklədiyi terror təşkilatı tərəfindən bu planın üzə çıxarılacağından çəkinərək işə salıb.

Bu barədə ABŞ rəsmilərinə istinadla “Axios” məlumat yayıb.

“Bu, ya istifadə, ya da itirmək anı idi”, - ABŞ rəsmisi İsrailin dünənki hücumunun səbəbini izah edərkən deyib.

Nəşr bildirir ki, genişmiqyaslı, koordinasiyalı hücum İsrailə aid edilsə də, rəsmi Yerusəlimdən heç bir şərh verilməyib.

Keçmiş İsrail rəsmisi “Axios”a söyləyib ki, İsrail partlayan peycerlərdən terror qruplaşması ilə genişmiqyaslı müharibədə açılış zərbəsi kimi istifadə etməyi planlaşdırsa da, son günlərdə baş verənlər bunun icrasını tezləşdirib.

“Al Monitor” da bu yaxınlarda “Hizbullah”ın iki üzvünün peycerlərlə bağlı narahatlıqlarını dilə gətirdiyini bildirib.

“Axios”a görə, İsrail müdafiə naziri Yoav Qallant hücumdan bir neçə dəqiqə əvvəl ABŞ-a hücumun baş verəcəyi barədə məlumat verib.

Dünən günorta saatlarında Beyrutda “Hizbullah” üzvlərinin daşıdıqları peycerlərin partlaması nəticəsində azı 9 nəfər ölüb, minlərlə insan yaralanıb. Olaylarda İranın Livandakı səfiri Müctəba Əmani də ağır yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər