Sizin Reklam Burada

Nazir Oqtay Əsədovun xanımını vəzifədən azad etdi

Nazir Oqtay Əsədovun xanımını vəzifədən azad etdiMilli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb.

Qaynarinfo.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Zemfira Əsədova öz ərizəsi 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.

Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının ("Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər