Sizin Reklam Burada

“Dubai Cars” avtosalonlarının sahibi həbs edildi

“Dubai Cars” avtosalonlarının sahibi həbs edildiBakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunusuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər