Sizin Reklam Burada

İrəvanda müəmmalı vəziyyət: Makron Ermənistana gəlmir?

İrəvanda müəmmalı vəziyyət: Makron Ermənistana gəlmir?Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri ilə bağlı müəmma yaranıb.

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl Ermənistanın "Joğovurd" qəzeti Fransadakı erməni icmasından olan mənbələrə istinadən bildirib ki, Makron sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə İrəvana gələcək.

Qəzetin yazdığına görə, bu günlərdə onun səfərinin təfərrüatları müzakirə olunur.

Qeyd edək ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Makronu Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün 2024-cü ilin sentyabrında Ermənistana dövlət səfərinə dəvət edib.

Rəsmi Paris səfərlə bağlı açıqlama verməyib.

“Hraparak” qəzeti isə yazır ki, Makronun səfəri Nikol Paşinyanın oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya Sammitində iştiraka dəvət olunması ilə daha da müəmmalı olub.

Bildirilir ki, ötən həftə Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourn Ermənistana səfər edib. Nazirin Ermənistana gəlməsi və Paşinyanın dəvəti Makronun Ermənistana gəlməyəcəyi görüntüsü yaradır.

Xatırladaq ki, 2021-ci ildə Paşinyan Makronu İrəvanda gözlədiyini bildirib. Lakin səfər baş tutmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər