Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb
Dərc olunub:
17-09-2024, 14:27
Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.
2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.