Livanda partlayış: İran səfiri yaralandı
Dərc olunub:
17-09-2024, 18:53
İranın Livandakı səfiri Moctaba Amani şəxsi rabitə qurğusunun partlaması nəticəsində yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, səfir peycerdən istifadə edib.
Amaninin vəziyyəti ilə bağlı təfərrüatlar verilməyib.
Daha əvvəl Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənubunda rabitə cihazlarının partlaması nəticəsində onlarla yaralının xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.