"Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq"
Dərc olunub:
18-09-2024, 12:47
Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
“Hesab edirəm ki, Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq”, - o bildirib.
İrəvanla Ankara arasında kommunikasiyanın vacibliyini vurğulayan N.Paşinyan qeyd edib ki, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqları davam etdirmək lazımdır.
Xatırladaq ki, 2021-ci ilin sonundan etibarən İrəvan və Ankara münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlayıb.