Sizin Reklam Burada

Gürcüstan Zəngəzur dəhlizinin əleyhinədir?

Gürcüstan Zəngəzur dəhlizinin əleyhinədir?Zəngəzura ABŞ, yoxsa Rusiya nəzarət edəcək?
İsrail Fələstin məsələsini bir dəfəlik həll etdi?

Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstan səfərindən regiona təsir edən heç bir siyasi nəticəsi ola bilməz. Sözsüz ki, tərəflər arasında müəyyən razılaşmaların əldə edilməsi, bəyanatların verilməsi diplomatik qayda, siyasi və etik normaların tələbələridir. Həm Gürcüstan və həm də Ermənistanın Rusiyanın təsir və maraq dairəsindən çıxmaq imkanı çox zəifdir. Bu iki dövlətin Rusiyaya, Azərbaycana qarşı hər hansı razılaşması mümkün deyil.

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin əleyhinə Gürcüstan bu günə kimi heç bir rəsmi mövqe nümayiş etdirməyib. Ancaq, Zəngəzur dəhlizi İran kimi, Gürcüstanın da həm siyasi və həm də iqtisadi maraqlarına uyğun gəlmir. Hind okeanı, Asiyadan, Xəzər hövzəsindəndən tranzit, enerji daşıyıcılarının Gürcüstana alternativ ərazidən keçməsi əlbəttə ki, iqtisadi marağına mənfi təsir etməklə Gürcüstanın siyasi əhəmiyyətini də azaldır. Ümumiyyətlə Gürcüstanın dövlət və milli maraqları kontekstindən, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması arzuolunmazdır.

Gürcüstan Zəngəzur dəhlizinə qarşı olsa da, onun etnik tərkibi, Cənubi Osetiya və Abxaziya məsələsi, Azərbaycan və Türkiyənin regionda və dünyada söz sahibi olduğundan Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir.

Zəngəzur dəhlizinə dünya nəhəngləri maraqlıdır. Əlbəttə ki, Azərbaycan üçün bu lahiyənin nəinki iqtisadi, ən əsası siyasi strateji əhəmiyyət və məqsədi var. Qlobal oyunçulara gəldikdə, Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, toqquşan marqar isə dəhlizə kimin nəzarəti məsələsidir. Son günlərin məlumatına görə ABŞ-ın artıq Zəngəzurda hərbi birləşmələri var, bu isə Rusiya ilə açıq konflikt deməkdir. Əlbəttə ki, COP-29 tədbiri ərəfəsində Azərbaycan regionda növbəti müharibənin əleyhinədir.

Hüquqa və regional siyasi konyukturaya görə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət ehtimalı daha yüksəkdir. Ancaq, bu da danılmazdır ki, Zəngəzur dəhlizinə nəzarətlə Rusiyanın həm regiona, ən əsası isə Azərbaycan və Ermənistana təsir imkanları artacaq.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfərindən dərhal sonra,
Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Securnetin Ermənistana səfərində əsas mövzu təbii ki, Ermənistan Azərbaycan arasında mümkün sülh, Zəngəzur dəhlizi ilə bağlıdır.

Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun sentyabrın 14-də Bakıya səfəri prosesə nəzarət kimi, qütbləşmə və qloballaşma prosesinin Cənubi Qafqaz üzərindən də getdiyinin sübutudur, Rusiya-Ukrayna, Yaxın Şərq, İsrail-Fələstin müharibəsi epiçentr olsa da. Artıq İsrail Fələstinlə və onun dövlətçiliyi ilə bağlı milli və sosial bazanı demək olar ki məhv edib. ABŞ - da Donald Trampın isə hakimiyətə qayıtması ilə yəhudilər məqsədinə tam nail ola bilər. Donald Trampın prezidentliyi həm də Rusiya üçün uğurlu son deməkdir.

Yeri gəlmişkən, Ermənistanda Paşinyan hakimiyyətinin Rusiya qarşı ritorikasında yumuşalmanın bir səbəbi də, Donald Trampın hakimiyyətə qayıtma ehtimalıdır. ABŞ - da prezident seçkisinin hansı nəticənin olacağına konkret fikir bildirmək mümkün deyil, çünki mübarizə son dərəcə gərgin gedir, prosesə sürpriz və müdaxilələr isə çoxdur.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər