QHT Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini müzakirə etdi
Dərc olunub:
17-09-2024, 17:57
Sentyabrın 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qurumdan Avrasiya.net-ə bildirilib ki, iclasda Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələri mövzuları, “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin nəticələri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.