Sizin Reklam Burada

Bələdiyyə binasını məğlub olmuş köhnə sədr yandırıb? - ÖZƏL VİDEO

Bələdiyyə binasını məğlub olmuş köhnə sədr yandırıb? - ÖZƏL VİDEOOğuz rayonunun Filfilli kəndində bələdiyyə binasının yanması ilə bağlı ilnginc detallar ortaya çıxıb.
Kanal32.az xəbər verir ki, qorxuya düşmüş kənd sakinləri ölkə başçısı Cənab İlham Əliyevdən,Daxili İşlər nazirindən və Baş prokurordan kömək istəyirlər.

Xəbər verdiyimiz kimi yanvarın 18-i səhər saat 5:00 radələrində Oğuz rayonunun Filfilli kəndində Bələdiyyə binası naməlum səbəbdən yanıb.Yanğınsöndürənlərin cəhdlərinə baxmayraq ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağı və dam örtüyü 50 m² sahəsi yanaraq yarasız vəziyyətə düşüb.

Ən diqqətçəkən məqam odur ki, hadisə zamanı binada məhz bələdiyyə sədrinin otağı içərisindəki əşyalarla, sənədlərlə(?) birgə tamamilə yanıb.Başqa bir önəmli məqam isə hadisənin məhz yeni tərkibli bələdiyyənin ilk iclasının keçiriləcəyi və yeni sədrin seçiləcəyi gündən bir neçə saat öncə baş verməsidir. Əcəba niyəəə???

Sakinlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması üçün sakinlərdən izahatlar alıb və baş vermiş olayı olduğu kimi yazıblar. Ancaq nədənsə rayonun digər müvafiq orqanları bunu təsadüf nəticəsində baş vermiş sıradan bir hadisə kimi təqdim etməyə çalışır. Əslində isə olayın arxasında xeyli gizli məqamlar var. Hətta, cinayət tərkibli təhlükəli addımlar…

“Kanal32″yə videomüraciət göndərən kənd sakinləri iddia edir ki, bələdiyyə binası qəsədən yandırılıb və bu işdə böyük ehtimalla seçkidə məğlubiyyətə uğrayan əvvəlki sədr Akif Nəsirovun əli var. Məqsəd isə qisas almaq və adının hallandığı bir çox saxta sənədlərin izinin itirilməsi olub. Hüquq-mühafizə oraqnlarının baş vermiş hadisəyə biganə yanaşması isə sakinləri ciddi şəkildə narahat edir. Hətta onlar deyirlər ki,bu gedişlə özlərinin də həyatı təhlükə altındadır və bu qəbildən olan olaylar qaçılmazdır.

Məlumat üçün qeyd edək ki, Oğuz rayon İcra Hakimiyyəti adı müxtəlif qanunsuzluqlarda hallanan köhnə Bələdiyyə sədri Akif Nəsirovun yenidən sədr seçilməsində maraqlı idi və bütün təsir, təzyiq vasitələrindən istifadə edilirdi.Ancaq kənd sakinləri iradəsini ortaya qoya bildi və səslərini qorumağı bacardı. Nəticədə əvvəlki sədr 7 nəfərlik siyahıda sonuncu yeri tutdu.

Hətta,iş o yerə çatdı ki,sözün əsl mənasında şəffaf seçki keçirdiyinə görə Filfilli kəndindəki 18 saylı Seçki Məntəqəsinin sədri Dağlar Cabbarova YAP rayon təşkilatlarının sədri,icra hakimiyyətinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Saleh Məhərrəmov təzyiqləri nəticəsində işdən çıxmaqla bağlı ərizə yazdırıldı.

Bir sözlə, Oğuz rayon İcra Hakimiyyəti bir Bələdiyyə sədrinə görə artıq özünün bütün respublikada biabır edib desək, yəqin yanılmarıq.Redkasiyamızın əldə etdiyi səs yazısında köhnə Bələdiyyə sədri Akif Nəsirov açıq şəkildə deyir ki ,İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov məni dəstəkləyir və mənim seçilməməyimə görə Filfilli kəndində vəzifə tutan bütün şəxsləri cəzalandıracaqlar.

Qeyd edək ki, növbəti məqalədə həmin səs yazısını əlavə faktlarla birgə oxuculara və aidiyyatı qurumlara təqdim edəcəyik.

Yazıda adı keçən qurumların və bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.S.Görünüən odur ki, etnik ləzgilərin kompakt yaşadığı Filfilli kəndində vəziyyət heç də ürəkaçan deyil və Oğuz rayon İcra Hakimiyyəti təhlükəli oyunlara getməməlidr. Deyəsən, İcra başçısı Eyvaz Qurbanov dövləti və prezidenti təmsil etdiyini tamam unudub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər