Sizin Reklam Burada

Rəşad Mahmudov: "Şəhid ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndir"

Rəşad Mahmudov: "Şəhid ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndir"
“Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onlara ehtiram göstərmək bizim borcumuzdur”. Bunu 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru Rəşad Mahmudov şəhid ailələri ilə görüşündə deyib.

Avrasiya.net xəbər verir ki, şəhid anasının dövlət tərəfindən ona verilən birdəfəlik kompensasiyanı artezian quyusunun qazılmasına sərf etməsi və həmin quyunu inssnların birgə istifadəsinə verməsi məşhur cərrahı duyğulandırıb. R.Mahmudov sosial şəbəkədəki hesabında bu haqda aşağıdakıları yazıb:

“Yanvarın 19-da şəhid anası, 82 yaşlı Əhmədova Zeynəb Xalıq qızı ilə görüşdüm. Zeynəb ana, bugünə qədər gördüyüm fərqli ana obrazı kimi yaddaşımda qaldı.

1994-cü ildə itkin düşmüş oğlu Əhmədov Mikayıl Sabir oğluna məhkəmə qərarı ilə şəhidlik statusu verilmişdir. Zeynəb ana hələ də oğlunun gələcəyi günü gözləyir. Yaşayış şəraitinin çətin olmasına baxmayaraq, dövlət tərəfindən tətbiq olunan şəhidlik müavinətlərindən bacardığı qədər istifadə etməməyə çalışır. Ölkə başçısının ona verdiyi birdəfəlik yardım hesabına artezian su quyusu qazdıraraq oğlunun da ruhunun şad olması üçün qonşuların ümumi istifadəsinə hədiyyə etməsi isə məni qürurlandırmaqla yanaşı həm də duyğulandırdı. Bax budur əsl qürurlu Azərbaycan qadını!

Zeynəb ananın səhhəti, yaşayış şəraiti və problemləri ilə maraqlandım. Söhbət əsnasında hiss etdim ki, oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün abidəyə və ya hər hansı bir məktəbə adının verilməsi kimi kiçik bir gözləntisi var. Yenicə əsgərlikdən qayıtmış nəvəsi ilə söhbət edərkən hələki işləmədiyini anlayıb onun işlə təmin olunması və şəhidimizin adının əbədiləşdirilməsi üçün aidiyyatı qurumlara məlumat verəcəyimi və əlimdən gələn dəstəyi əsirgəməyəcəyimi bildirdim.

Vətənimizin müstəqilliyi uğrunda canını fəda vermiş şəhidlərin ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndi”.
Rəşad Mahmudov: "Şəhid ailələrinə diqqət və qayğı əsas prioritetlərimizdəndir"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər