Emin Əliyev Sabirabad və Şirvanda məskunlaşan seçiciləri ilə görüşüb - FOTOLAR
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əliyev Emin Fazil oğlu yanvarın 18-i Sabirabadın Rüstəmli kənd, Hacıqabulun Atbulaq kənd və Şirvan rayonundakı qaçqın və məcburi köçkün şəhərciyi sakinləri ilə görüşüb və onlarla xoş ünsiyyətdə olub.
Namizədi olduqca isti və səmimi qarşılayan zəngilanlılar bildiriblər ki, digər namizədlər bu kəndə baş çəkməyiblər və seçici sayı daha çoxdur deyə, əsasən Bakı-Sumqayıt ərazisinə fokuslanıblar.
Emin Əliyev kənd barədə təəssüratlarını bizimlə bölüşüb: "Bəzi xırda problemlər var idi ki, əslində deputatın bir zəngi ilə həll oluna biləcək şeylərdir. Ümid edirəm ki, burada gözəl işlərə imza ata bilərik. Bu yerlərə hələ çox gələcəyik. Bizi yenə qonaq etsələr hələ çox çaylarını içəcəyik. Yerlilərimə söz vermişəm!"