Ceyhun Ələkbərov namizədliyini geri götürdü
Bununla bağlı sosial səhifəsində paylaşım edib
Əziz dostlar bildiyiniz kimi, 9 fevral Milli Meclise seçki marafonuna doğma Xankəndim 122-ci Seçki Dairəsindən bitərəf kimi qoşulmuşdum.
Dəyərli dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün namizədliyimi geri götürmək qərarı verdim. Addımım, qətiyyən ölkədəki seçki prosesindən narazılığım kimi qəbul edilməməlidir.
Dövlətini, Millətini, Vətənini sevən hər bir kəsin zamanı gəldiyində şəxsi maraqlarından öncə canından çox sevdiyi Milli Dəyərlər naminə vaz keçmək mədəniyyətini ortaya qoyması əsas şərtdir.
Mən Prezident İlham Əliyevin islahatlar siyasətinə inanıram və seçkinin azad və ədalətli mühitdə reallaşacağına əminəm.
Azərbaycanı yenidən şəkilləndirən islahatlar prosesinə dəstəyimizi bundan sonra daha çox fayda verə biləcəyimiz yerdən davam etdirəcəyik. Hər zaman olduğu kimi Dövlətimin və Millətimin yanındayam və bu iki meyar mənim üçün ən əsas dəyərlərdir.
Seçkidə doğma Xankəndililərimin doğru seçim edəcəyinə və ən layiqli namizədə səs verəcəyinə inanıram.
Vətən sağolsun!