DİM-dən xəbərdarlıq - Saxta ekspertlərə aldanmayın!Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi edən şəxslərə müraciət edib.

Mərkəzdən Avrasiya.net-ə verilən məlumatına görə, ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

Qeyd olunub ki, həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur: "Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır".

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası “Abituriyent” jurnalının müvafiq nömrələrində dərc olunur. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstərilir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunur. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunur.

Bundan əlavə, hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Müsabiqə şərtini ödəyən abituriyentlər müəyyən olunacaq vaxtlarda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıbBu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.

Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.
Səfər Mehdiyevin ölkədən çıxışına "STOP" qoyulduPrezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avrasiya.net Gununsesi-nə istinadən xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.
Dil hər bir xalqın varllğının əsas təminatçısıdırBildiyimiz kimi avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Respublilamızda bu əlamətdar gün Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis olunub. Həmin fərmana əsasən ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid bütövlükdə təmin edilmişdir.

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ana dilinin inkişafı Ümummilli Liderin hərtərəfli fəaliyyətində başlıca yeri tutmuşdur. Məhz Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafı və dövlət dilinə çevrilməsi istiqamətində genişmiqyaslı işlər görmüşdür.

Ümummilli lider Heydər Əliyev:"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur."

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Dil millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Dil insanların sosial tələblərini ödəmək, qazanılmış naliyyətləri möhkəmləndirmək və başqalarına çatdırmaqda əvəzsiz vasitədir.

Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili statusu almasında ölkəmizin ümümmilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev dövlət dili sahəsində tədbirlər həyata keçirilməsinə ölkəyə hakimiyyətə gəldiyi ilk günlərdən başlamışdı. Azərbaycan ədəbi və danışıq dilini, onun qrammatik imkanlarını dərindən bilən, zəngin lüğət tərkibi ilə yaxşı tanış olan ulu öndər ən yüksək səviyyələrdə keçirilən müşavirələrdə, dövlət tədbirlərində təmiz ana dilində parlaq çıxışları ilə xalqın böyük sevgisini qazanmışdır.1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi.

Ulu öndər həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.
Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.

Ulu öndər belə demişdir:"İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur."

Bu gün də Cənab prezidentimiz İlham Əliyev Ulu öndərin dilimizin inkişafı, qorunub saxlanılması, saflığı istiqamətində apardığı siyasətini layiqli şəkildə davam etdirir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
156 azərbaycanlı deport edilirBu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.

Axar.az xəbər verir ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib. 156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.

“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.

Bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.
DYP-dən xəbərdarlıq: bu sürücülər cərimələnəcək!Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Avrasiya.net müraciətin mətnini təqdim edir:

"Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Bundan başqa, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandı
Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi: nələr danışıldı?Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

TİA.Az-ın verdiyi xəbərə görə, beynəlxalq tədbirin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.

Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tədbirin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. S.Tapdıqov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın bu gün uğurla davam etdirildiyini, islahatların həmçinin əqli mülkiyyətin qorunması sahəsində aparıldığını bildirib.
Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği”nin (MESAM) İdarə Heyətinin sədri Recep Ergül təşkilat haqqında məlumat veib, müəllif hüquqlarının qorunması sahəsində öz ölkəsinin təcrübəsindən danışıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Şəffaflıq – müəllif və kollektiv idarəetmə təşkilatları arasında qarşılıqlı etimadın əsas şərti kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Agentlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarının gücləndirilməsinə dəstək göstərilməsi, yeni idarəetmə təşkilatlarının yaradılmasının təşviq edilməsi istiqamətində görülən işlərə toxunulub, əmlak hüquqlarının idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinə ciddi əməl edilməsinin vacibliyi bildirilib.

Daha sonra Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti”nin (Российское Авторское Общество - РАО) Baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Qriqoriy Turinçev, Türkiyənin “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği”nin (MSG) nümayəndəsi Muharrem Ömer Özgür, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) sədr müavini Abdumumin Yoldaşov, Azərbaycanın “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayev, “Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadə, “Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Mehdiyev təşkilatların fəaliyyəti və təcrübələri haqqında məlumat veriblər.

Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlaının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev Mərkəzin fəaliyyət istiqamətləri və Agentlikdə akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatları haqqında məlumatı özündə əks etdirən təqdimatla çıxış edib. Vurğulanıb ki, əvvəllər musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasının öz üzərinə götürmüş “Azərbaycan Müəllifləri” İctimai Birliyi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmayıb, açıqlıq və şəffaflığa əməl etməyib və təmsil etdiyi müəlliflər və digər hüquq sahibləri arasında öz nüfuzunu itirib. Dəfələrlə İctimai Birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilsə də akkreditasiya üçün tələb olunan sənədlər Agentliyə təqdim edilməyib.

Konfransda ölkəmizi təmsil edən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlarının rəhbərləri və üzvləri ilə yanaşı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG),“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHU), “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS), o cümlədən Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği” (MESAM), “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği” (MSG), Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti” (Российское Авторское Общество - РАО), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar, fonoqram istehsalçılar iştirak edib. Tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatları əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat imzalayıblar.
Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istədiUzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs vəsatət verib.

O bildirib ki, iş üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödəməyə hazırdır:

"Mən dəymiş ziyanın bir hissəsini azadlıqda olarkən ödəmişəm. Həbs olunandan sonra dəymiş ziyanı ödəyə bilmədim. Əgər məhkəmə istintaqı dövründə azadlıqda olaramsa, qalan məbləği də ödəyərəm. Xahiş edirəm ki, mənim barəmdəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz".

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses avqustun 1-nə təyin edilib.
İnkişafa və yüksəlişə hədəfləşmiş 9 ilHəyat kredosu milli maraqlar və ümumbəşəri dəyərlərə sədaqət ruhunda qurulan insanların mənəvi dünyasının zənginliyindən irəli gələn həyat fəlsəfəsini anlamaq, onları bir şəxsiyyət olaraq təsvir etmək elə də asan iş deyil. Lakin inkaredilməz bir həqiqət də vardır. Gərəkli, parlaq və layiqli ömür yaşayan insanlar cəmiyyətdə hər zaman yüksək dəyərləndirilirlər.

Bu gün 25 iyul 2022-ci il tarixində Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edildiyi gündən 9 il ötür.

Xatırladırıq ki, İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Akademik İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərsliklər, dərs vəsaitlər, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Elə buna görədir ki, ADAU adı gələndə ilk olaraq gözümüzdə İbrahim Cəfərov portreti canlanır. Bu gün rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Rektorun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib. Məhz akademik İbrahim Cəfərovun rəhbərliyi dövründə 22 fevral 2022-ci il tarixində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatını qazanıb. İSO 21001:2018 beynəlxalq standartının tətbiqi ali təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına zəmin yaradacaq.

Tələbələri onu çox sevirlər. Bu sevginin mənbəyi həm də İbrahim Cəfərovun uzunmüddətli müəllimlik təcrübəsi ilə auditoriyalarda oxuduğu yaddaqalan mühazirələr, tələbələrlə səmimiünsiyyət qurmaq bacarığı, onlara diqqət və qayğısıdır. Akademik İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir, peşəkar pedaqoqdur.

Rektorun əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb. İbrahim müəllimin peşəkar idarəetmə fəaliyyətinin nəticəsidir ki, ADAU-nun səsi həmişə yüksək tribunalardan eşidilib, cənab Prezident İlham Əliyevin hər zaman diqqəti bu qocaman təhsil ocağında hiss olunub.

Azərbaycan Respublikasının uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl tədbirlərdir. Sözü gedən tədbirlər planında ölkə ümumtəhsil işçiləri ilə yanaşı biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinində yer alması dövlətimizin sosial məsələlərə xüsusi diqqətinin bariz nümunəsidir. Ölkədə uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Xalqımız üçün özəl gündə 24 dekabr 2021-ci ildə dövlət başçımızın yubiley günündə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun sədrliyi ilə keçirilən universitet elmi şurasında 2022-ci il 01 yanvar tarixindən universitetin aylıq vəzifə maaşları 300 manatadək (300 də daxil olmaqla) olanlar 25%, 300 manatdan çox vəzifə maaşlarının 20% artırılması barədə qəbul edilən qərar yenilməz Iqtisadi gücə sahib olan dövlətimizin aqrar elmə, aqrar təhsilə və Aqrar universitetə göstərdiyi diqqət və qayğının növbəti nümunəsi idi.

Əsl ziyalı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir əqidənin daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur. Aydın baxışları, tutduğu yolla onun rəyinə hörmət bəsləyən başqalarına, o cümlədən tələbələrinə düzgün yol göstərməyə çalışır. Bu mənada akademik İbrahim Cəfərov əqidə adamıdır. O, hər zaman Azərbaycan dövlətinin daha da güclənməsi, qüdrətlənməsi istəyi ilə çıxış edib. Alim fəhmi ilə duyur ki, bütün bu amallara yetişməyin yeganə yolu cəmiyyətdəki ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin qorunub saxlanmasından, insanların maariflənməsindən, xalqın birdən-birə inqilabi sıçrayışla deyil, sosial təkamül yolu ilə öz hədəflərinə doğru irəliləməsindən keçir.Bu isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursudur. Bu kursu böyük əzmlə davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü milli inkişaf siyasətidir.

Hörmətli Cənab Rektor bu gün ADAU kollektivi üçün sözün əsl mənasında əlamətdar gündür. 9 il əvvəl cənab Prezidentin imzaladığı Sərəncam ADAU-nun bugünkü inkişafının təməli qoydu, şərəfli və məsul rektor vəzifənin öhdəsindən məharətlə gələrək, qətiyyətli və ardıcıl atılan inamlı və cəsarətli addımları ilə hər kəsin sevgisini və rəğbətini qazanan bir Şəxsiyyəti tanıtdırdı bizlərə. O Şəxsiyyət ki, ADAU Brendini yaradacaq, yaşadacaq və onu bütün ölkəyə, dünyaya tanıdacaq. Dövlətimizin həyata keçirilən uğurlu aqrar siyasət və hörmətli nazirimiz İnam Kərimovun elmə və innovasiyalara əsaslanan səmərəli fəaliyyətindən ilham alaraq, aqrar sahəyə kadr hazırlığı prosesini tam məsuliyyəti ilə öz üzərinə götürmüş və son doqquz ildə davamlı inkişaf strategiyasinı reallaşdıran və bu istiqamətdə bir çox Ali təhsil müəssisələrini geridə qoyan ADAU-ya hələ uzun müddət bu gün olduğu kimi müvəffəqiyyətlə rəhbərlik etməniz diləyi ilə, uğurlu fəaliyyətinizin 9-cu ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni elmi və yaradıcılıq nailiyyətləri arzulayırıq!


Aytəkin Bağırova
ADAU Aqrobiznes və İdarəetmə fakültəsinin YAP İlk partiya təşkilatının sədri,
Marketinq kafedrasının baş müəllimi