Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildi

Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildiQobustan rayonunda xırda xuliqanlıq əməlində təqsirləndirilən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Xilmilli kəndində baş verib.

Belə ki, bu ilin 24 aprel tarixində alimentin ödənilməsinə dair məhkəmə qərarının təmin edilməsi ilə bağlı icra məmurunun qanuni tələbinə qəsdən tabe olmayan 1978-ci il təvəllüdlü Səfər Cəfərov (şərti ad-soyad) məhkəmənin qərarı ilə 10 sutkalıq həbs olunub.

Çoban kimi fəaliyyət göstərən şəxs mayın 4-də azadlığa buraxılıb. Lakin o, evə gəldikdən sonra mayın 1-də həyat yoldaşının keçmiş ərinin evinə açar götürmək üçün adam göndərdiyini öyrənib və bundan əsəbiləşib. Spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşən şəxs yüksək səslə söyüşlər söyməyə, səs-küy salmağa başlayıb. O, dövlət qurumlarından birinin qaynar xəttinə zəng edərək anlaşılmayan fikirlər bildirib.

Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra S.Cəfərov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Qobustan Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə saxlanılan şəxs sərxoş halda olduğu üçün nə etdiyini xatırlamadığını deyərək üzrxahlıq edib.

Məhkəmənin 5 may tarixli qərarı ilə 47 yaşlı kişi yenidən 10 sutkalıq həbs olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər