star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmışMəhkəmə "Azəriqaz" İstehsalat Birliyinin şirkət üzərinə qoyduğu 83 717 manatlıq borcun silinməsi ilə bağlı qərar verib.

Avrasiya.net-in məlumatına, Şəmkir rayonunda yerləşən MMC "Azəriqaz"a qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 166056,38 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Məlumata görə, şirkətə məxsus istixana 2019-cu ildən qazla təchiz edilib. 2024-cü ilin iyun ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər hansı mübahisə olmayıb. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilib. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranıb.

Belə ki, 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanıb. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablayıb. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməyib. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olub.

Bakı Kommersiya Məhkəməsi MMC-yə əsassız olaraq hesablanmış 83717 manat borcun silinməsi öhdəliyini Azəriqaz İB-yə həvalə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər