star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Gitaraçı onu toya aparmayan müğənnini bıçaqladı - Təfərrüat

Gitaraçı onu toya aparmayan müğənnini bıçaqladı - TəfərrüatAğdaşın Kotavan kəndində Əhmədiyə Qurbanovun Yusif Hüseynovu bıçaqlanmasına səbəb olan hadisə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, rayon ərazisində musiqiçi kimi fəaliyyət göstərən bu iki şəxsin mübahisəsi toy üstündə olub. Yusif Hüseynov Əhmədiyə Qurbanovla toy sifarişlərinə getmək istəməyib.

Hadisə zamanı xəsarət alan Yusif Hüseynov Ağdaş şəhərində yaşayır, Əhmədiyə Qurbanov isə Binələr kəndində qeydiyyatdadır. Hər ikisi müvəqqəti olaraq Kotavan kəndində məskunlaşıblar. Onlar birlikdə kəndələrdə təşkil olunan məclislərə gedirlər. Həm dost, həm də yaxın qohumdurlar. Əhmədiyə gitaraçı, Yusif isə müğənnidir.

Hadisə bu gecə saat 1 radələrində Kotavan kəndində baş verib.

Yusif Əhmədiyəni daha toylara aparmaq istəməyib. Bundan əsəbiləşən Əhmədiyə Yusiflə mübahisə edib. Mübahisə qanlı olayla nəticələnib.

Kənd sakinlərindən biri deyib ki, Yusif Hüseynov hazırda əməliyyat olunur, onun mədə boşluğunda qanaxma var. Vəziyyətinin ağır olduğu deyilir.

Rəsmi məlumata görə, 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. O, dərhal xəstəxanaya çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər