"Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir"

"Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir.

Avrasiya.net xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.

Baş prokuror həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, istifadəyə verilən yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər