star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Abşeronda müəllim borca görə özünü öldürdü

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.

Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə attestasiyadan keçmək üçün imtahan verməli imiş.

Əlibaxış Ağayev son iki ayda gərgin və fikirli görünürmüş. Dünən səhər saatlarında o, işlədiyi musiqi məktəbində tar dərsi keçib.

Günorta saatlarında məktəbdən çıxanda müəllim yoldaşları ilə görüşərkən bilib ki, onların bəzisi Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiya imtahanından keçə bilməyib. "Onsuz da mən də kəsiləcəyəm" deyən Ə.Ağayev müəllim yoldaşları ilə sağollaşıb evinə gedib. Günün ikinci yarısında isə müəllimin intihar etdiyi barədə məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, Ə.Ağayevin həm kredit, həm də aliment borcu olub. Həmin borcları ödəyə bilməkdə çətinlik çəkən müəllim boş vaxtlarında qəsəbə ərazisində aparılan fərdi tikinti sahələrində fəhləlik də edirmiş.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər