Azərbaycan şəraitində sosial-demokratiyanın mümkünlüyü

Vasif Əfəndi
Siyasi ekspert


Sosial-demokratiya siyasi ideologiya olaraq sosial ədalət və iqtisadi bərabərlik bprinsiplərini, demokratik idarəetmə, azad seçkilər və parlamentçilik ənənəsini,sosial rifah dövlətini özündə birləşdirir. Başqa sözlə, sosial-demokratiya həm sosial təminatı güclü, həm də demokratik institutları işləyən bir idarəçilik formasıdır.

Azərbaycan reallığında sosial-demokratik modelin tətbiqinə çətinlik yaradan edən bir neçə amil var.İlk növbədə siyasi institutların kifayət qədər zəifliyliyidir.

Ölkədə çoxpartiyalı sistem mövcud olsa da, real siyasi rəqabət hələ formalaşmayıb.Bu rəqabət nəinki partiyalar arasında heç partiyadaxili siyasi mədəniyyət yoxdur.

Neft-qaz gəlirlərindən asılılıq sosial-demokratik rifah modelinin sabit maliyyələşməsini çətinləşdirir. Cəmiyyətin sosial sifarişi daha çox ədalətli bölüşdürmə, sosial bərabərlik və korrupsiyaya qarşı mübarizə tələbi üzərində olmaqla, sosial-demokratiyanın əsas hədəflərinə uyğun gəlsə də regional münaqişələr, qonşu dövlətlərlə gərginlik sosial-demokratik islahatlara şans verməyərək “ikinci dərəcəli” statusa salıb.Eyni zamanda güclü dövlət nəzarəti və mərkəzləşdirilmiş idarəetmə şəraitində sosial-demokratik plüralizmə yer açmaq asan deyil. Neft gəlirlərinə güvənən iqtisadiyyat uzunmüddətli rifah modelini təmin etməkdə dayanıqlı ola bilməz.

Azərbaycan şəraitində sosial-demokratiya ideya olaraq mümkündür, amma praktiki həyata keçirilməsi üçün bir sıra şərtlər lazımdır.İlk növbədə sosial ədalət və qanunun aliliyinə tələbatı ödəyərək cəmiyyətin siyasi aktivliyi arıtra bilər, bu da siyasi institutların gücləndirəcəkdir. Ölkə “Parlamentli respublika ”sisteminə keçid etməlidir, seçki sistemi dəyişdirilməlidir. Neftdən kənar iqtisadiyyatın inkişafı və dayanıqlı sosial rifah mexanizmləri qurulmalıdır. Daxili istehsalın artması üçün mövcud şərait nəzərə alınmalıdır. Elmi texniki tərəqqini inkişaf etdirənə qədər bütün diqqət aqrar sənayeyə yönəldilməlidir. Bir sözlə sosial-demokratiya Azərbaycanın sosial sifarişinə uyğundur, amma reallıqda mərhələli, tədrici və islahatçı yanaşma tələb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər