Tarixi ədalətin bərpası

"25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək dünya birliyinə mühüm mesajlar çatdırdı. Onun nitqi həm tarixi həqiqətlərin ifadəsi, həm də gələcəyə yönəlmiş strateji baxışları ilə seçildi. Azərbaycan lideri illər boyu davam edən ədalətsizliklərə, Ermənistanın işğal siyasətinə, beynəlxalq hüququn pozulmasına diqqət çəkdi, eyni zamanda ölkəmizin qazandığı möhtəşəm Qələbədən, bərpa olunmuş ədalətdən və regionda sülhə gedən yoldan bəhs etdi".

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O, qeyd edib ki, bu çıxış Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi və tarixi ədalətin gec də olsa bərpa olunduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev nitqində Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin nəticələrinə xüsusi diqqət yönəltdi. Azərbaycan torpaqlarının iyirmi faizi işğal altına düşmüş, bir milyondan çox soydaşımız doğma yurdlarından qovulmuşdu. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində yüzlərlə kənd və şəhər boşaldılmış, mədəni irsimiz məhv edilmişdi. Bu faktlar bir daha göstərir ki, Azərbaycan təkcə hərbi təcavüzə deyil, həm də humanitar fəlakətə məruz qalmışdı. Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquq normaları ilə uzlaşmadığını, əksinə, fundamental insan hüquqlarının pozulmasına xidmət etdiyini dövlət başçımız dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu çıxış eyni zamanda BMT tribunasında Azərbaycan xalqının illərdir yaşadığı ağrı və ədalətsizliyin beynəlxalq gündəmdə saxlanmasına xidmət etdi. Prezident İlham Əliyev xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin bu qətnamələr icra edilməmişdi. Bu, beynəlxalq sistemdə ikili standartların və sanksiyaların seçici şəkildə tətbiq olunmasının bariz nümunəsidir. Otuz ilə yaxın müddətdə aparılan danışıqlar isə nəticəsiz qalmış, ATƏT-in Minsk qrupu münaqişənin həllinə deyil, status-kvonun qorunmasına xidmət etmişdi. Prezident İlham Əliyev sözləri beynəlxalq ictimaiyyətə açıq mesaj idi: “əgər ədalət vaxtında təmin olunmursa, bu, gec-tez dövlətlərin öz hüquqlarını təmin etmək üçün qəti addımlar atmasına səbəb olur.” Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2020-ci ildə beynəlxalq hüquqa əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdiyini vurğuladı. Ermənistan tərəfindən şəhərlərimiz kasetli bombalar və ballistik raketlərlə atəşə tutulmuş, yüzlərlə mülki şəxs qətlə yetirilmişdi.

Buna baxmayaraq, Azərbaycan Ordusu müharibəni beynəlxalq humanitar hüququn tələblərinə tam əməl edərək apardı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, Azərbaycanın həm hərbi, həm siyasi, həm də mənəvi Zəfəri idi. Prezident İlham Əliyev BMT-dəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan haqq mübarizəsini apararaq tarixi ədaləti bərpa etdi və beynəlxalq hüququn üstünlüyünü praktik olaraq təsdiqlədi. Azərbaycan dövləti Qələbədən dərhal sonra regionda sülhün təmin olunması üçün təşəbbüslərlə çıxış etdi. Prezident İlham Əliyev BMT kürsüsündən bəyan etdi ki, ölkəmiz beynəlxalq hüquqa əsaslanan beş əsas prinsip irəli sürərək Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır. Bu, Azərbaycanın məsuliyyətli dövlət kimi yalnız öz maraqlarını deyil, həm də regional sabitliyi düşündüyünü göstərir Sonrakı dövrdə aparılan danışıqlar, Vaşinqton Sammiti, sülh müqaviləsinin paraflanması – bütün bunlar Azərbaycanın sülh və əməkdaşlıq yolunu seçdiyini sübut edir. Prezident İlham Əliyev çıxışında qeyd olunan bu faktlar göstərir ki, Azərbaycanın əsas məqsədi davamlı inkişaf və sabitlikdir. Prezident İlham Əliyev çıxışında bunu da vurğuladı ki, Azərbaycan yalnız müharibədə qalib gəlməklə kifayətlənmədi, həm də dərhal azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Ermənistanın dağıtdığı şəhər və kəndlər yenidən qurulur, Böyük Qayıdış Proqramı çərçivəsində artıq on minlərlə insan doğma yurduna qayıdıb.

Bu, Azərbaycanın məsuliyyətli dövlət kimi humanitar və sosial öhdəliklərini necə yerinə yetirdiyini nümayiş etdirir. Prezident İlham Əliyev nitqində mina təhlükəsi, itkin düşmüş şəxslərin faciəli taleyi kimi məsələlərin qaldırılması isə Azərbaycanın beynəlxalq humanitar gündəliyə verdiyi önəmi təsdiqləyir. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında yalnız ölkəmizin problemlərini deyil, qlobal çağırışları da ön plana çəkdi. Onun sözlərindən aydın oldu ki, Azərbaycan ədalətli, ikili standartlardan uzaq, qanunun aliliyinə əsaslanan beynəlxalq münasibətlər sisteminin tərəfdarıdır. Prezident İlham Əliyev çağırış edərək vurğuladı ki, dövlətlərin daxili işlərinə qarışılmamalı, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilməməlidir. Bu, həm Azərbaycanın milli maraqlarına, həm də ümumbəşəri dəyərlərə xidmət edən prinsipial mövqedir".

Deputat bildirib ki, beləliklə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın müasir tarixində mühüm bir mərhələdir: " Bu nitq bir tərəfdən Azərbaycanın haqq səsini, ədalət uğrunda mübarizəsini dünyaya çatdırdı, digər tərəfdən isə gələcək sülh və əməkdaşlıq üçün açıq mesaj oldu. Tarixi ədalət bərpa olundu,

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, suverenlik möhkəmləndi. Bu gün isə ölkəmiz regionda sülhün və sabitliyin təmin olunması üçün fəal və məsuliyyətli siyasət yürüdür. Prezident İlham Əliyev çıxışı bütün dünyaya bir daha göstərdi ki, Azərbaycanın yolu ədalət, sülh və inkişaf yoludur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər