Bizim.Media - Beş il SİZİNLƏ

Bizim.Media - Beş il SİZİNLƏAzərbaycan mediasında öz dəsti-xətti ilə seçilən Bizim.Media informasiya portalının fəaliyyətə başlamasından 5 il ötür.

2020-ci il sentyabrın 25-də – 44 günlük Vətən müharibəsi ərəfəsində fəaliyyətinə start verən Bizim.Media həmin vaxtdan etibarən cəmiyyətə dəqiq, operativ və obyektiv informasiya təqdim etmək missiyasını daşıyır. Beş illik fəaliyyəti dövründə portal Azərbaycan oxucusunun etimadını qazanıb, həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında etibarlı mənbəyə çevrilib.

Bizim.Media Azərbaycanda informasiya portallarının reytinqində ilk beşlikdə qərarlaşıb.

Portal siyasətdən idmana, iqtisadiyyatdan mədəniyyətə qədər bütün sahələri əhatə edən xəbərləri ilə tanınır.

Peşəkar komandanın gərgin əməyinin nəticəsində Bizim.Media bu illər ərzində təkcə xəbərləri operativ olaraq təqdim etməklə kifayətlənməyib, həm də analitik yazıları, maraqlı reportajları və eksklüziv müsahibələri ilə də oxucuların etibarını qazanıb, istinad mənbəyinə çevrilib. Üstəlik, Bizim.Media sosial şəbəkələrdə uğurlu fəaliyyəti sayəsində daha geniş auditoriyaya çıxmağı bacarıb.

Fəaliyyətinin ilk günlərindən informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün çalışan Bizim.Media bu gün artıq beş illik təcrübəsi ilə oxucuların gündəlik həyatının bir parçasına çevrilib.

Bizim.Media kollektivi olaraq beş il ərzində qazandığımız uğurlara görə ilk növbədə oxucularımıza təşəkkürümüzü bildiririk.

Gələcək fəaliyyətimizdə də oxucularımıza yeni yanaşmalar, daha maraqlı layihələr və operativ xəbərlər təqdim etməyi hədəfləyirik.

Bizim.Media

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər