Adnanın Dubaydakı 67 milyonluq dəbdəbəli mənzili - Foto

Adnanın Dubaydakı 67 milyonluq dəbdəbəli mənzili - FotoAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb.

Söhbət “Baccarat Residences in Downtown Dubai” (və ya “Baccarat Hotel & Residences Dubai”) yaşayış-otel kompleksində 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm - 31 milyon manat və ya 18 milyon dollar.

İki qülləli bina otel və yaşayış kompleksindən ibarətdir.

Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu otel yerləşir.

“Residences” hissəsi də, adından məlum olduğu kimi, yaşayış kompleksidir - premium mənzillər və penthauslar.

Bura iki prizmatik (şüşə fasadlı) qüllədən ibarət ultra-lüks rezidensdir, 48 mərtəbədir. “Sheikh Zayed Road” yaxınlığındadır, “Business Bay”, DIFC, “Burj Khalifa”, “Dubai Mall”, “Dubai Opera” kimi ticarət, biznes və mədəniyyət mərkəzlərinə nəqli baxımdan əlçatandır. Bölgəyə əlaqələndirilmiş əsas yol şəbəkələri (“Sheikh Zayed Road” kimi) avtomobillə hava limanına təxminən 15-20 dəqiqədir.

Həmin kompleksdə mənzillərin qiyməti aşağıdakı kimidir:

İki otaqlı mənzil - 18-22 milyon dirhəm

Üç otaqlı mənzil - 27-28 milyon dirhəmDörd - otaqlı mənzil - 45-47 milyon dirhəm

Beş otaqlı mənzil – 65-76 milyon dirhəm

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində beş otaqlı mənzilin sahibi olub.

“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair.

“Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər