Ucarda anasını döyən oğula elektron qolbaq taxılacaq

Ucarda anasını döyən oğula elektron qolbaq taxılacaqUcar Rayon Məhkəməsində anasını döyməkdə təqsirləndirilən 41 yaşlı şəxs barəsində hökm elan olunub.

Avrasiya.nert-in məlumatına görə, hadisə bu ilin 8 aprelində baş verib.

Sərxoş vəziyyətdə anasının evinə gedən Rəşad (ad şərtidir) aralarında yaranmış mübahisə zamanı anasını saçından tutaraq yerə yıxıb, yumruq və təpiklə vuraraq xəsarət yetirib. Ekspertiza xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğunu müəyyənləşdirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs öz əməlini etiraf edib, peşman olduğunu bildirib. O, üç azyaşlı övladının himayəsində olduğunu, anası ilə barışdığını və zərərçəkmişin ona qarşı şikayətinin olmadığını deyib. Zərərçəkmiş ana da məhkəmədə ifadə verərək oğluna qarşı şikayət və tələbinin olmadığını təsdiqləyib.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinib.

Məhkəmə onun barəsində 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmə əsasən, o, hər gün saat 22:00-dan səhər 08:00-dək evini və ümumiyyətlə, Ucar rayonu ərazisini tərk edə bilməyəcək, elektron nəzarət vasitəsi gəzdirməli olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər