Adnana görə təcili Bakıya çağırıldı

Neft satışı ilə məşhurlaşan Adnan Əhmədzadənin həbsi ətrafında müxtəlif müzakirələr aparılır.

Avrasiya.net Gününsəsi.info-ya istinadla xəbər verir ki, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.

Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.

Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub. Bildirilib ki, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyəti Anar Əlizadənin daşıdığını deyib.

Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi vurğulanır.

Mənbə bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.

Digər məlumata görə, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər