Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi

Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdiSəyyaf Əhmədov Qarabağ müharibəsi zamanı bir çox döyüşlərdə iştirak edib və Azərbaycan Respublikasının prezidenti tərəfindən təltif olunub. Lakin ona şəhidlik statusu verilə bilməz. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, şəhid statusu yalnız Azərbaycanın müstəqilliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda döyüş zamanı həlak olmuş şəxslərə verilir.

Bu sözləri Axar.az-a açıqlamasında Ağdam İH-in Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələrinin İşləri üzrə şöbəsinin müdiri Samir Məmmədov “Gizir Xanı” ləqəbiylə tanınan Səyyaf Əhmədovun mina partlayışı nəticəsində həlak olması haqda deyib.

“Ailəyə Səyyaf Əhmədovun mülki şəhidlərimizin yanında dəfn olunması təklif olundu, amma ailənin istəyinə uyğun olaraq, o, Ağdam rayonunda Eşq Abdal adlanan ziyarətgahın yanındakı qəbiristanlıqda, ana-atasının qəbrinin yanında dəfn olundu”, - S. Məmmədov əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər